. Love.az

Sona Nuriyeva - Wikipedia - Love.az

Ana Səhifə - Sona Nuriyeva
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Sona Piri qızı Nuriyeva (15 dekabr 1915, Əmircan, Bakı qəzası – 1986, Bakı) — ilk azərbaycanlı təyyarəçi qadınlarından biri.

Sona Nuriyeva
Doğum tarixi 15 dekabr 1915
Doğum yeri Bakı şəhəri, Azərbaycan SSR
Vəfat tarixi 1986
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pilot, siyasətçi
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

15 dekabr 1915-ci ildə Bakı şəhərində, Əmircan kəndində anadan olub.

Sona Nuriyeva ilk azərbaycanlı təyyarəçi qadınlardan, həmçinin, Azərbaycanın ilk qadın deputatlarından biridir.

1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir.

Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur.

1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir.

1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1978-ci ildən ittifaq (1968 ildən resp.) əhəmiyyətli pensiyaçı olmuşdur.

SSRİ Ali Sovetinin (1-ci və 2-ci çağırış) deputatı olmuşdur.

"Lenin ordeni", "Şərəf nişanı" və medallarla təltif edilmişdir.

Sona Nuriyevaya çoxlu oçerk, şeir və s. həsr olunmuşdur.

Mənbə

redaktə
  • NURİYEVA Sona Piri qızı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sona_Nuriyeva&oldid=8076479"
LOVE.AZ