. Love.az

Sonet - Wikipedia - Love.az

Ana Səhifə - Sonet

Sonet — lirik janrın növü. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır.

İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar.[1] Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir.

Sonetlər çələngi

redaktə

sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur. Bunlardan ən axırıncısı özündən əvvəlki sonetlərin birincisi misralarından yaranır.

İstinadlar

redaktə
  1. ↑ Məktəblinin ədəbiyyat lüğəti. bakı.2007. səh.177
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sonet&oldid=7947417"
LOVE.AZ