Sora Amamiya (雨宮 天, Amamiya Sora?, 28 avqust 1993[1], Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir.[2]
Sora Amamiya | |
---|---|
雨宮 天 | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 avqust 1993(1993-08-28)[1] (31 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | yapon |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | seyyu, müğənni |
Fəaliyyət illəri | 2014—hazırda |
Janr | J-pop |
Albom şirkəti | Sony Music Entertainment Japan / Music Ray'n |
amamiyasora.jp | |
![]() |
İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir.[3][4]
Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir[5] və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで)?, azərb. "Simfoniya") mahnısı onun tərəfindən ifa olunmuşdur.[3][6] 2014-cü ildə "Akame ga Kill!" animesindən Akameni,[7] "Aldnoah.Zero" animesindən Asseilum Vers Allusiyanı,[8] "Tokyo Ghoul" animesindən Toka Kirişimanı,[9] "The Seven Deadly Sins" animesindən Elizabet Lionesi səsləndirmişdir.
2015-ci ildə "Plastic Memories" animesindən İslanı[10] və "Date A Live: Mayuri Judgement" anime filmində Mayurini səsləndirmişdir.[11] Eyni il "KonoSuba" animesindən Akva personajının seyyusu olmuşdur.[12] 2017-ci ildə "Re:Creators" animesindən Rui Kanoyanı səsləndirmişdir.[13] 2020-ci ildə "Rent-A-Girlfriend" animesindən Çizuru Mizuharanı canlandırmışdır.[14]
Yayım tarixi | Başlıq | Kataloq № | Oricon reytinqi | |
---|---|---|---|---|
Məhdud nəşr | Normal nəşr | |||
13 avqust 2014 | Skyreach | SMCL-346/7 | SMCL-348 | 13 |
19 noyabr 2014 | Tsukiakari (月灯り) | SMCL-361 | SMCL-362 | 25 |
9 sentyabr 2015 | Velvet Rays | SMCL-386/7 | SMCL-388 | 20 |