Sosialist feminizm — 1960–1970-ci illərdə feminist hərəkatın və patriarxiya ilə kapitalizmin qarşılıqlı əlaqəsinə diqqət yetirən Yeni Solun bir qolu; bu növ feminizmin ideyaları XVIII əsrə qədər gedib çıxır və Meri Uolstounkraftın "Qadın hüquqlarının müdafiəsi" (1792) və Uilyam Tompsonun 1800-cü illərdə utopik sosialist əsərindəki ideyalardan bəhrələnir.
1960-cı ildən başlayaraq feminizmin ikinci dalğasında radikal feminizm kimi yeni cərəyanlar meydana gəldi və şəxsi olan siyasidir yanaşması ilə feminist diskursda şəxsi sferanın mübahisələndirilməsi ictimai müstəviyə daşındı. Qadın məsələləri üzrə debatlar üç əsas anlayış üzərinə köklənmişdi: patriarxlıq, reproduktivlik və ideologiya.[1] Klassik marksist feminizm məzmunca yeniləndi və sosialist feminizm formalaşdı. Marksist ideyalar əsasında patriarxallığa qarşı mübarizə aparan sosialist feminizmin əsas mülahizələri aşağıdakı kimidir:[2]