Sphecomyrma — əxminən 79-92 milyon il əvvəl yaşamış nəsli kəsilmiş qarışqa cinsi.
Sphecomyrma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sphecomyrma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Sphecomyrma qarəşqasının ilk nümunələri 1966-cı ildə Edmund Frey və həyat yoldaşı tərəfindən Kliffud qayalıqlarında aşkar edilmiş kəhrəbaya batmış halda tapılıb. 1967-ci ildə zooloqlar E.Vilson, Frank Carpenter və Villiam L.Braun C. Sphecomyrmanı təsvir edən və adlandıran bir məqalə dərc ediblər.
İlk Sphecomyrma fosillərinin kəşfindən əvvəl, Kretase kəhrəbasından başqa heç bir qarışqa fosil qeydi yox idi və o zaman ən qədim ictimai həşəratlar Eosen dövrünə qədər uzanırdı.[2] O zaman ən erkən məlum qarışqa Tennessi ştatındakı Klaiborne Formasiyasında tapılan ön qanaddan təsvir edilmişdi.[3][4] Oliqosendəki Baltik kəhrəbasında və Florissant şistlərində və Miosendəki Siciliya kəhrəbasında tapılan çoxsaylı qarışqa fosilləri entomoloqları qarışqaları və qeyri-sosial eşşək qarışqaları birləşdirə biləcək Kretase dövrünün qarışqalarını axtarmağa sövq etdi. Bu cür əlaqə qarışqaların erkən mənşəyinə işıq sala bilərdi. Lakin S. freyi kəşf edilənə qədər heç bir ictimai həşəratın fosili mövcud deyildi, buna görə də qarışqaların erkən təkamülü sirr olaraq qaldı. Yalnız bir tək qanadlı Üst Kretase fosili aculeate qarışqalarının təkamülündə mümkün əhəmiyyət kəsb edən mövzu olub.[5]
Vikianbarda Sphecomyrma ilə əlaqəli mediafayllar var. |