Stepanos Taronetsi, həmçinin Stefan Taronlu və ya Stepanos Asoğik (erm. Ստեփանոս Տարոնացի (Ասողիկ)) — X–XI əsrlərdə yaşamış erməni tarixçisi. Asoğik ləqəbi "danışqan" deməkdir. 1004-cü ilə qədərki hadisələri əhatə edən "Ümumi tarix" əsərinin müəllifidir.
Stepanos Taronetsi | |
---|---|
erm. Ստեփանոս Ասողիկ erm. Ստեփանոս Տարոնեցի | |
Doğum tarixi | X əsr |
Vəfat tarixi | XI əsr |
![]() |
Samuel Kamrcadzoretsinin tələbəsi idi. Onun "Ümumi tarix" əsəri mötəbər və yaxşı ifadə olunmuş əsər hesab edilir.[1] 1004-cü ildə və ya 1005-ci ilin ilk aylarında tamamlamışdır.[2] Onun əsərinin ilk iki hissəsi əsərin əvvəlində adlarını sadaladığı əvvəlki tarixçilərin əsərlərinin məcmuəsindən ibarətdir, üçüncü hissə isə Pakraduni sülaləsinə həsr olunmuşdur və Ermənistanın 118 illik tarixini əks etdirir. Tarixin son hissəsi Stepanos tərəfindən şahid kimi işıqlandırılır. Stepanos Taronetsi güclü kral hakimiyyətinin və ölkənin birləşməsinin tərəfdarı olmuşdur. Əsərdə Ermənistanın tarixindən əlavə, knyaz I Vladimir dövründə Rus–Bizans münasibətləri haqqında məlumatlar var.[3]