. Love.az

Strepsiptera - Wikipedia - Love.az

Ana Səhifə - Strepsiptera

Yelpikqanadlılar (lat. Strepsiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Yelpikqanadlılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Dəstə:
Yelpikqanadlılar
Beynəlxalq elmi adı
  • Strepsiptera William Kirby, 1813[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  114989
NCBI  30261
EOL  1091
FW  69406

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Təsnifatı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Ümumi məlumat

redaktə

Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var. Ön qanadları gödək, ensiz, sıx lövhəciklər şəklində reduksiya olunmuşdur. Arxa qanadları böyükdür, az sayda uzununa damarları vardır. Qanadların açılışı 2–8 mm-dir. Sakit vəziyyətdə qanadlar yelpikvari yığılır, dəstənin adı da buradandır. Yelpikqanadlıların özünə məxsus həyat tərzi vardır. İnkişaf hipermetamorfozludur. Çox hərəkətli olan erkəklər sahibin və dişinin bədənini deşərək, bədən boşluğuna sperma yeritməklə dişini mayalandırırlar.

Təsnifatı

redaktə
  • Mengenillidia
    • Mengeidae
    • Mengenillidae
  • Stylopidia
    • Bohartillidae
    • Callipharixenidae
    • Corioxenidae
    • Elenchidae
    • Halictophagidae
    • Myrmecolacidae
    • Stylopidae

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2006.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yelpikqanadlılar&oldid=6943426"
LOVE.AZ