Subatan yaylağı (az.-əski. سوباتان، سوباتان یایلاغی)— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.[1]. Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir.
Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır.[2][3]
Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir.
Subatanın ənənəvi yeməklərindən Saciçi, Qovurma, Qurtmac, Cızlıq, Sac çörəyi, Daş çörəyi, Kömbə, Bulama, Pendir qovurma və Qoyun ləvəngisinin adını çəkmək olar.[5]