Elis Suki Voterhaus (5 yanvar 1992, London) — İngiltərədən olan müğənni-mahnı yazarı, aktrisa və model. O, 16 yaşında modellik fəaliyyətinə başlamış və sonradan "Burberry", "Tommy Hilfiger", "Hugo Boss", "Laura Mercier" və "Ferragamo" kimi nüfuzlu moda evləri ilə əməkdaşlıq etmişdir.
Suki Voterhaus | |
---|---|
ing. Suki Waterhouse | |
![]() | |
Doğum tarixi | 5 yanvar 1992(1992-01-05) (33 yaş) |
Doğum yeri | |
Partnyoru |
|
Fəaliyyəti | model[d], aktrisa, televiziya aktrisası, kino aktrisası, bloger[d] |
Boyu | 173 sm |
IMDb | ID4025229 |
![]() |
Aktrisanın kino sahəsindəki ilk təcrübəsi 2012-ci ildə "Pusher" filmində epizodik rol olmuşdur. Bundan sonra o, "Love, Rosie" (2014), "Divergentlər" seriyasından "Üsyançı" (2015), "The Bad Batch" (2016), "Assassination Nation" (2018) və "Pokemon: Xəfiyyə Pikaçu" (2019) kimi filmlərdə rol almışdır. Voterhaus, həmçinin "Daisy Jones & the Six" (2023) musiqili dram mini-serialında Karen Sirko obrazını canlandırmışdır.
Suko moda və aktrisalıq fəaliyyətindən əlavə olaraq, müstəqil pop musiqisi ifaçısı kimi karyerasına başlamış və 2022-ci ildə özünün ilk studiya albomu olan "I Can't Let Go"nu, həmin ildə isə ilk minialbomunu - "Milk Teeth"i ictimaiyyətə təqdim etmişdir. Sənətçinin ikinci albomu olan "Memoir of a Sparklemuffin" 2024-cü ildə işıq üzü görmüşdür.
Elis Suki Voterhaus Londonun Hammermit rayonunda doğulmuşdur.[2] O, onkoloji xəstələrə qulluq edən tibb bacısı Elizabet və plastik cərrah Norman Voterhausun övladı olaraq, Londonun Çizvik ərazisində tərbiyə almışdır.[3] Ailəsində Çarli adlı bir qardaşı və iki kiçik bacısı - model karyerası olan Madlen və model-aktrisa İmocen vardır.[4]
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Voterhaus 2011-ci ildə musiqiçi Lük Priçard, 2012–2013-cü illərdə musiqiçi Mayls Keyn, 2013–2015-ci illərdə aktyor Bredli Kuper və 2015–2017-ci illərdə aktyor Dieqo Luna ilə münasibətdə olmuşdur.[5]
2018-ci ildə Los-Ancelesdə keçirilən "ulduzlu oyun gecəsi"ndə mafia oyununu oynayarkən Voterhaus ingilis aktyoru Robert Pattinsonla tanış olmuşdur.[6][7] 2018-ci ilin iyul ayında onların münasibəti başlamışdır.[8][9][10] 2023-cü ilin noyabrında "Corona Capital" festivalında çıxışı zamanı Voterhaus hamilə olduğunu elan etmişdir. Qısa müddət sonra "People" jurnalına məlum olan mənbə Voterhaus və Pattinsonun nişanlandığını bildirmişdir. 2024-cü ilin mart ayında cütlüyün ilk övladı – qız uşağı dünyaya gəlmişdir.[11] Ailə Los-Ancelesdə yaşayır.[12][13]