Sulfonol - alkilbenzolsulfonat, alkilbenzolsulfonat turşuların natrium duzlarının izomerlərinin qarışığdırı, ümumi formulu R-C6H4 NaO3S, burada R ümumi CnH 2n + 1 düsturuna uyğun bir radikaldır, burada n = 14-18.
Sulfonol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₁₈H₂₉NaO₃S[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 25155-30-0 |
Sulfonol qoxusuz və ya az miqdarda kerosin qoxusu verən,sarı və açıq gəhvəyi rəng verən dənəli tozdur; alkilbenzolsulfonat turşuların natrium duzları - 80% - dən az deyil, natrium sulfat 15%-dən çox deyil. Suda yaxşı həll olur, sərt suda çöküntü əmələ gətirir. Sulu məhlulları NaCl- in təsirindən bulanır.
Sulfonolun müxtəlif 6 izomeri var. C12H25C6H4SO3Na formula uyğundur.
Nəmləndirici, yuyucu və emulsiya edən maddələr kimi istifadə olunur. Toxuculuq sənayesində - liflərin hazırlanmasında və emalında, boyanma proseslərində istifadə olunur. Yuyucu tozların əsas komponenti olan sulfonol müxtəlif səthlərdən (aktiv qatqılarla qarışdırılmış) çirkləri təmizləmək üçün tətbiq olunur.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |