. Love.az

Sultan Alp Arslan Tarixi Roman - Wikipedia - Love.az

Ana Səhifə - Sultan Alp Arslan Tarixi Roman

Sultan Alp Arslan. Tarixi roman — Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) tərəfindən tarixi roman janrında yazılmış roman.[1]

Sultan Alp Arslan. Tarixi roman
az.-əski. Sultan Alp Arslan‎
özb. Sulton Alp Arslon
Kitabın üz qabığı
Kitabın üz qabığı
Müəllif Yunus Oğuz
Janr Tarixi roman
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2015
Nəşriyyat "OL" nəşriyyatı
Cild yumşaq
Səhifə 288
Tiraj 300

Mündəricat

  • 1 Haqqında
  • 2 Məzmun
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Haqqında

redaktə

Sultan Alp Arslan (tarixi roman) 2015-ci ildə Bakıda azərbaycan dilində "OL" nəşriyyatında çap olunub. Kitabın ön sözünün müəllifi Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərovdur. kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Roman müxtəlif dillərə tərcümə olunub.

Məzmun

redaktə

Filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun ön söz yazdığı kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Nizami Cəfərov yazır ki, müəllif kitabda hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır: “Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi “Sultan Alp Arslan”da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl bir övlad duyğusallığı ilə qürur duyur”.

Həmçinin bax

redaktə
  • Alp Arslan
  • Yunus Oğuz

Xarici keçidlər

redaktə
  • Böyük Səlcuqların Alp Arslan zirvəsi

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2018-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultan_Alp_Arslan_(tarixi_roman)&oldid=6683988"
LOVE.AZ