. Love.az

Sultanovlar Qubadli - Wikipedia - Love.az

Ana Səhifə - Sultanovlar Qubadli
Bu adın digər istifadə formaları üçün bax: Sultanovlar (dəqiqləşdirmə).

Sultanovlar — Azərbaycan xalqının qədim soylarından biri.

Sultanovlar
Titul Bəy
Əcdadı Hüseynqulu sultan
Mənşəyi Qaradağ vilayəti, Mincivan mahalı
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Bərgüşad mahalı

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Soyun ulu babası Hüseynqulu sultandır. Bəzi qaynaqlara görə Hüseynqulu sultan Qaradağ vilayətinin Mincivan mahalından gəlib Qarabağın Bərgüşad mahalının Qubadlı kəndində sakin olub. Digər qaynaqlara görə isə köklü qarabağlıdır. Hüseynqulu sultanın Məmmədqulu bəy, Həsənqulu bəy, Ələkbər bəy, Paşa bəy, Cabbar bəy adlı oğulları vardı. Onların törəmələri Sultanov soyadını qəbul etdilər.

Soyun məşhur nümayəndələri

redaktə
  • Həsənqulu bəy Sultanov — Qarabağ atlı alayının zabiti, praporşik, mülkədar.
  • Çingiz İldırım — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı.
  • Abbas bəy Sultanov — həkim, ictimai xadim.
  • Cabbar bəy Sultanov — həkim.
  • Aslan Sultanov — Zəngəzur qəzasının mahal pristavı, Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı.
  • Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı.
  • Xudabaxış bəy Sultanov — Qubadlı Qəza İnqilab Komitəsinin sədri.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Hüseynqulu sultanın törəmələri. "Soy" dərgisi, 8 (28), 2009, səh.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultanovlar_(Qubadlı)&oldid=6012424"
LOVE.AZ