. Love.az

Suprefektura - Wikipedia - Love.az

Ana Səhifə - Suprefektura

Suprefektura (fr. sous-préfecture) — Fransada rayonların inzibati mərkəzi. Suprefekt tərəfindən idarə olunur. Əgər rayonun mərkəzi həm də departamentin paytaxtıdırsa , artıq suprefektura deyil prefektura adlanır. Buna görə Fransada üç yüzdən artıq rayonunun olmağına baxmayaraq , təxminən yüzdən az suprefektura mövcuddur.

Verdendə yerləşən suprefektura.

Suprefektura, həmçinin, suprefektin və onun inzibati xidmətlərinin yerləşdiyi bina adlanır.

"Su" ön şəkilçisi burada fransız dilində olan "sous" ön sözünə uyğun gəlir.

Mündəricat

  • 1 Digər ölkələrdə
    • 1.1 Tzin sülaləsi
  • 2 Həmçinin bax
  • 3 İstinadlar

Digər ölkələrdə

redaktə

Afrikanın keçmiş Fransız müstəmləkələrində bəzi inzibati vahidlər də suprefektura adlanır.

  • 2-ci dərəcə:
    • MAR- Mərkəzi Afrika Respublikasının suprefekturaları
  • 3-cü dərəcə:
    • Qvineya
    • Çad
  • 4-cü dərəcə:
    • Kot-d’İvuar

Tzin sülaləsi

redaktə

"Suprefektura" termini Çin dilindəki tin (厅) tərcüməsi kimi istifadə olunur — "Oşan lüğətinin təsviri ilə "milli azlıqların məskunlaşdığı bölgələrə tabe olan bir vilayət əvəzinə" 府 (fu) inzibati rayon.

Hərdən tin «rayon» kimi də tərcümə olunur[1].

Həmçinin bax

redaktə
  • Fransanın prefektura və suprefekturalarının siyahısı

İstinadlar

redaktə
  1. ↑ Тимофеев Олег Анатольевич. Российско-китайские отношения в Приамурье (сер. XIX — нач. XX вв.) Arxivləşdirilib 2021-02-23 at the Wayback Machine. — Благовещенск, 2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Suprefektura&oldid=6684126"
LOVE.AZ