. Love.az

Suriya Funtu - Wikipedia - Love.az

Ana Səhifə - Suriya Funtu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Suriya funtu və ya Suriya lirəsi (ərəb. الليرة السورية‎ al-līra as-sūriyya; fr. livre syrienne; simvol: LS və ya £S; code: SYP) - Suriya respublikasının pul vahidi. Suriya Mərkəzi Bankı tərəfindən buraxılır. 1 funt 100 quruşa bölünür, baxmayaraq ki, artıq quruş tədavülə çıxardılmır.

Suriya funtu
ərəb. الليرة السورية‎
1000 Suriya funtu
1000 Suriya funtu
Kod və simvol
ISO 4217 kodu SYP
Simvol LS, syr£
Abreviatura SYP
Dövriyyə ərazisi
Emitent ölkə
  •  Suriya
  Suriya Suriya
Əvəzedici və paralel vahidlər
Kiçik Piastr (1⁄100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 2, 5, 10, 25 funt
Əsginas 50, 100, 200, 500, 1000, 2000 funt
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Suriya Mərkəzi Bankı
  banquecentrale.gov.sy
İnflyasiya (2016)
İnflyasiya 47.7%
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1958-ci ilə qədər əsginasların ön tərəfi ərəb, arxa tərəfi isə fransız dilində buraxılırdı. Müstəqilliyə qədər sikkələrdə ərəb və fars dillərindən istifadə olunurdu, daha sonra isə yalnız ərəb dili istifadə edildi.

Tarixi

redaktə

400 il davam edən Osmanlı İmperiyası dövründə Suriyada əsas mübadilə vahidi Osmanlı lirəsi idi. Osmanlı İmperiyasının süqutundan sonra Fransa işğalına məruz qalan Suriya mandat olmuş, Livan, Transiordaniya və Fələstinin daxil olduğu Fransız və İngilis mandatı altında olan ərazilərdə Misir funtu istifadə edilmişdi. Livan və Suriyanı ayrı bir mandat altında alan Fransız hökuməti Misir valyutasını əvəz etməyə çalışdı və yeni mandatı altındakı ölkələrdə pul buraxılması üçün Banque de Syrie (Osmanlı Bankının Fransız filialı) ticarət bankını qurdu.

Sikkələr

redaktə

1921-ci ildə mis-nikeldən hazırlanmış 1⁄2 quruş sikkələr buraxıldı, bunu 1926-cı ildə alüminium bürünc 2 və 5 quruş izlədi. 1929-cu ildə dılikli nikel-bürünc 1 quruş və gümüş 10, 25 və 50 quruş təqdim edildi. 1935-ci ildə nikel-bürünc 1⁄2 quruş 1935-ci ildə, 1940-cı ildə isə sink 1 quruş və alüminium-bürünc 2 1⁄2 quruş buraxıldı. İkinci dünya müharibəsi zamanı bürünc 1 quruş və alüminium 2 1⁄2 quruş fövqəladə sikkələr buraxıldı.

Əsginaslar

redaktə

1919-cu ildə Banque de Syrie 5, 25 və 50 quruş, 1 və 5 livr üçün əsginaslar təqdim etdi. 1920-ci ildə bunu 1 quruş və 10, 25, 50 və 100 livr üçün əsginaslar izlədi. 1925-ci ildə Banque de Syrie et du Grand-Liban əsginaslar buraxmağa başladı və 25 quruşdan aşağı olan nominasiyaların istehsalını dayandırdı. 1930-cu ildən 1 quruşdan az olan əsginaslar buraxılmadı. 1939-cu ildə əsginasları buraxan orqan adını yenidən Banque de Syrie et du Liban olaraq dəyişdirdi.

1942-1944-cü illərdə hökumət 5, 10, 25 və 50 quruşluq əskinaslar buraxdı. 1950-ci illərin əvvəllərində Institut d'Emission de Syrie 1, 5, 10, 25, 50 və 100 livr tarixi göstərilməyən əsginaslar buraxıldı, bunu 1955-ci il tarixli 10 və 25 livr əsginaslar izlədi.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Suriya_funtu&oldid=5891833"
LOVE.AZ