Susan Dayan Voycicki[a] (ing. Susan Diane Wojcicki; 5 iyul 1968[1][2], Santa-Klara, Kaliforniya – 9 avqust 2024[3][4], Palo-Alto[d], Kaliforniya, ABŞ[6]) — 2014–2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilib.[7]
Susan Voycicki | |
---|---|
ing. Susan Wojcicki | |
![]() | |
Doğum tarixi | 5 iyul 1968(1968-07-05)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 2024(2024-08-09)[3][4] (56 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər xərçəngi |
Uşağı | 5[5] |
Təhsili |
|
Fəaliyyəti | biznes ledi, menecer |
![]() |
|
![]() |
Voycicki iyirmi ildən çox texnologiya sənayesində çalışıb.[8][9] O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.[10][11]
Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub.[12] Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.[13] Ana tərəfdən olan nənə və babası rus yəhudi mühacirləri idi.[14] Ata nənəsi Yanina Voycicka Hoskins, Konqres Kitabxanasında kitabxanaçı idi və ABŞ-də Polşa ilə əlaqəli materialların ən böyük kolleksiyasının yaradılmasına cavabdeh idi.[15] Susanın iki bacısı var: antropologiya və epidemiologiya elmləri doktoru Canet[16] və 23andMe şirkətinin həmtəsisçisi və baş direktoru olan Enn.[17][18]
Voyçiçkinin uşaqlığı Stenford kampusunda keçib. Riyaziyyatçı alim Corc Dantziq onun qonşusu olub.[19] Kaliforniyanın Palo-Alto şəhərində Gunn High Liseyində oxuyub və məktəb qəzetində yazılar yazıb.[20] Onun ilk biznesi on bir yaşında qapı-qapı gəzərək ip satmaq olub.[21] Kollecdə humanitar fənlər üzrə ixtisaslaşıb və ilk kompüter elmləri dərsini yuxarı kursda oxuyarkən alıb. Harvard Universitetində tarix və ədəbiyyat üzrə təhsil alıb və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, əvvəlcə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almaq və akademiyada karyera qurmağı planlaşdırırdı, lakin texnologiyaya olan marağına görə planlarını dəyişib.[19] O, həmçinin 1993-cü ildə Kaliforniya Universitetində, Santa Cruz-da iqtisadiyyat üzrə magistr dərəcəsini və 1998-ci ildə UCLA Anderson İdarəetmə Məktəbində magistr dərəcəsini qazanıb.[22]
Voycicki 23 avqust 1998-ci ildə Kaliforniyanın Belmont şəhərində "Google"-un məhsul idarəçiliyi direktoru Dennis Troper ilə evlənib. Onların beş övladı var idi. Bacısı Anna Sergey Brin ilə evli olub.
9 avqust 2024-cü ildə Voycicki iki il əvvəl tutulduğu ağciyər xərçəngi səbəbiylə 56 yaşında vəfat edib.[23][24]