«Syatko» (erz. Искра) — Saransk da nəşr olunan ədəbi-bədii, ictimai-siyasi jurnal. Sovet dövründə RSFSR Yazıçılar Birliyinin əsas mətbuat orqanlarından biri. Jurnalın nəşri Erzyan dilində həyata keçirilir.
Syatko | |
---|---|
Baş redaktor | T. V. Razqulyayev |
Yaranma tarixi | yanvar 1929 |
Dil | erzyanca |
Qiymət | 30 rubl 68 qəpik |
Ünvan | 430005 Saransk, Sovetskaya k., ev. 22 |
Tiraj | 510 eks |
ISSN | 0207-1894 |
Jurnal 1929-cu ildən Samarada, ayda bir dəfə olmaqla buraxılır. Jurnalı nəşr etmək qərarı 1928-ci il aprelin 5-də Ümumrusiya Partiya İşçilərinin Konfransında qərara alınır. Syatkonun ilk sayı Samara şəhərində yerləşən Orta Volqo Regional Partiya Komitəsi, Mordoviya bölməsinin aktiv yardımı ilə ərsəyə gəlmişdir. 1930-cu ilin yanvarında Mordoviya muxtar vilayətinin təşkili ilə jurnal Saranskda buraxılmağa başlanılır.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 26 iyun 1941-ci il qərarı ilə 5 iyul 1941-ci ildə Komunist partiyası Mordoviya Regional Komitəsi Bürosunun iclasında Mordoviya MSSR-in Yazıçılar Birliyinə "Syatko" jurnalının dərc edilməsini xüsusi təlimat verilənə qədər dayandırmaq göstərişi verilir.
1946-cı ilin yanvarından 1956-cı ilin may ayına qədər jurnalın əvəzinə ədəbi və incəsənət almanaxı olan «İznyamo» («Qələbə») nəşr olunmuşdur. 1956-cı ilin iyun ayından jurnal «Suran told» («Sur oçaqları») adı ilə dərc olunmağa başlayır. Jurnalın ilkin adı olan «Syatko» ona 1956-cı ilin yanvarında qaytarılır. Jurnal iki ayda bir dəfə dərc olunmağa başlanılır. 1991-ci ilin noyabrından isə ayda bir dəfə dərc edilir.
Jurnalın təsisçiləri: 1990-cı ilin dekabrına kimi — Mordoviya Muxtar Sovet Sosialist Respublikası yazıçılar İttifaqı, 1991-ci ilin yanvarından 1999-cu ilin mayına kimi — Mordioviya Yazıçılar Birliyi və redaksiya kollektivi, 1999-cu ilin iyun ayından 1999-cu ilin dekabrına kimi — Mordoviya Respublikası hökuməti və redaksiya kolektivi. 2000-ci ilin yanvarından təsisçi Mordoviya Respublikası hökumətidir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 6 mart tarixli fərmanı ilə jurnal "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Müxtəlif illərdə «Syatko» jurnalına rəhbərlik etmişdir:
Bu gün ki, gündə jurnalın baş redaktoru T. V. Razqulyayevdir — Rusiya Jurnalistlər İttifaqının üzvü, Mordoviyanın Əməkdar mədəniyyət işçisi[1].