. Love.az

Turkiye Muhendis Ve Memarlar Palatalari Ittifaqi - Wikipedia - Love.az

Ana Səhifə - Turkiye Muhendis Ve Memarlar Palatalari Ittifaqi

Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı (türk. Türk Mühendis ve Mimar Odaları Birliği) — Türkiyədə bütün memarlar və mühəndislər palatalarının konfederasiyası. İttifaq "1954-cü ildə 7303 saylı qanun və 6235 saylı qanuna dəyişiklik edən 66 və 85 saylı fərmanlarla yaradılmışdır", "Türkiyə Respublikasının Konstitusiyasının 135-ci maddəsində göstərildiyi kimi dövlət qurumu şəklində müəyyən edilmiş korporativ orqan və peşə təşkilatıdır". 2013-cü ilin sonuna olan məlumata görə, ittifaq ümumi üzvlük sayı 445,365 olan 24 palatanı təmsil edir. Baş ofisi Ankaranın Qızılay şəhərindədir.[1]

Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı
Yaranma tarixi 1954
Mərkəzi
  • Ankara
tmmob.org.tr

2013-cü ilin iyul ayında Ədalət və İnkişaf Partiyası Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqının 2013-cü ildə Türkiyədəki etirazlara verdiyi dəstəyə cavab olaraq, ittifaqın şəhərsalma təkliflərinin təsdiqində rolunu ləğv edən qanun layihəsini həyata keçirmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ TMMOB official website "English - [Tmmob]". November 14, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2010.
  2. ↑ Hurriyet Daily News, 10 July 2013, Ruling AKP approves midnight bill to curb authority of chambers supporting Gezi Arxivləşdirilib 2017-05-21 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Türkiyə_Mühəndis_və_Memarlar_Palataları_İttifaqı&oldid=6899458"
LOVE.AZ