Türkiyədə lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar ölkənin qeyri-LGBT sakinlərinin yaşamadığı hüquqi problemlərlə üzləşirlər. Buna baxmayaraq, Türkiyədə LGBT insanlar üçün ümumi ab-hava müsəlman ölkələrinin əksəriyyəti ilə müqayisədə daha az repressiv hesab olunur.[1]
LGBT Hüququ | |
---|---|
Eyni cinsli münasibətlərin rəsmiləşdirilməsi |
1858-ci ildə Osmanlı imperiyası homoseksuallığı, sodomiyanı və köçəkliyi (gənc kölə rəqqaslar) cinayət hesab edən heç bir açıq-aşkar maddələri özündə əks etdirməyən yeni cəza məcəlləsini qəbul etmişdir. 1858-ci il Osmanlı Cəza Qanunu "Tənzimat" dövründə daha geniş islahatların bir hissəsi olaraq Napoleon məcəlləsindən çox təsirlənmişdi.[2] LGBT fərdlərin 1951-ci ildən Cenevrə Konvensiyasına əsasən Türkiyədə sığınacaq axtarmaq hüququ var,[3] lakin eynicinsli cütlüklərə heteroseksual cütlüklər üçün olan eyni hüquqi müdafiələr verilmir. Transseksuallara 1988-ci ildən qanuni formada cinsini dəyişməyə icazə verilmişdir. Cinsi oriyentasiya, həmçinin gender kimliyi və ya onun ifadə edilməsi ilə bağlı diskriminasiyanın müdafiə edilməsi qanuni olaraq müzakirə edilir, lakin onlar hələ qanunvericilikdə nəzərdə tutulmamışdır.
Türkiyədə məcburi hərbi xidmət 18–41 yaş arasında olan bütün kişi Türkiyə vətəndaşlarına şamil edilir. Buna baxmayaraq , Türkiyə Silahlı Qüvvələri homoseksuallara hərbi xidmətə qadağa qoyaraq onlara qarşı açıq ayrı-seçkilik edir. Eyni zamanda, Türkiyə Avropa İnsan Haqları Konvensiyasından irəli gələn öhdəliklərini pozaraq hərbi xidmətdən vicdanla boyun qaçırmağı hər hansı formada tanımır.[4] Buna etiraz edənlər əvəzində özlərini "xəstə" kimi təqdim etməlidirlər. Bəzi şəxslər homoseksual olduqlarını "sübut etmək" üçün "Human Rights Watch"ın "alçaldıcı" adlandırdığı imtahanlardan keçməyə məcbur olmuşlar.[5] [6]
2009-cu ilin oktyabrında Avropa İttifaqının Genişlənmə Komissiyasının hesabatında deyilirdi: "Türkiyə Silahlı Qüvvələrinin homoseksuallığı psixoseksual xəstəlik kimi müəyyən edən və homoseksualları hərbi xidmətə yararsız kimi tanıyan bir sağlamlıq tənzimləməsi var. Homoseksualların az bir qismi alçaldıcı tibbi müayinələrdən keçməli olmuşdur".[7]
Silahlı qüvvələrini daxilində genişmiqyaslı qəbul prosesinin lehinə dəstək azdır. 2015-ci ildə 1,300 zabitin "homoseksualların orduda xidmət etməsinə icazə verilib-verilməməsi" sualı təqdim olunan araşdırmada 96,3% mənfi cavab vermişdir.[8]