Təbriz Xəlilbəyli (12 fevral 1964, Bakı – 31 yanvar 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.[1]
Təbriz Xəlilbəyli | |
---|---|
Təbriz Xəlil Rza oğlu Xəlilbəyli | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1964(1964-02-12) |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1992(1992-01-31) (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Xəlil Rza Ulutürk |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Xidmət illəri | 1991-ci ildən |
Döyüşlər | |
Təltifləri |
![]() |
1964-cü il 12 fevralda Bakı şəhərində, şair Xəlil Rza Ulutürkün ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri M. Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib.
Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə şücaət nümayiş etdirib, yaralı hərbçiləri təhlükəli şəraitdən çıxarıb və düşmən qüvvələrinə ciddi itkilər verib. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu.[2]
Ailəli idi. İki övladı vardı.[1]
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[3]
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır.[4][5] Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.