Təl-Əbyəz[1] (bəzi mənbələrdə Təll-Abyad[2] Tell-Abyad[3] və ya Tel Abyad;[4] ərəb. تل أبيض, hərf. "ağ təpə", kürd. Girê Spî, türk. Tellebyad,[5] klass. süry. ܬܠ ܐܒܝܕ) — Suriyanın Raqqa mühafəzəsinin Təl-Əbyəz rayonunda şəhər, eyniadlı rayonun inzibati mərkəzi. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir.
Təl-Əbyəz | |
---|---|
تل أبيض | |
![]() | |
36°41′51″ şm. e. 38°57′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 350 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | C5792 |
![]() |
Şəhər 16 iyun 2015-ci il tarixində Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. Şəhər 2019-cu ilin axırlarına qədər Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olmuşdur.[6] Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar şəhəri 13 oktyabr 2019-cu il tarixində, Sülh Bulağı əməliyyatı çərçivəsində ələ keçirmişdir.[7]
Təl-Əbyəz və ətraf əraziləri qədim dövrlərdə Assuriya imperiyasının idarə altında idi. Burada aramilər məskən salmışdı. Təl-Əbyəz e.ə. 814-cü ildə qeyd edilmiş Yeni Assuriya dövrü arami yaşayış məntəqəsi olan Baliḫu ola bilər.[8] Ərazini növbəti illərdə Roma, Bizans, Sasanilər, Əməvilər, Abbasilər və Osmanlı kimi müxtəlif imperiyalar idarə etmişdir. Təl-Əbyəz Birinci Dünya müharibəsinin axırlarına kimi Osmanlı imperiyasının suverenliyi altında qalmışdır. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir.
Demokratik Birlik Partiyası (PYD) Təl-Əbyəz şəhərində ağsaqqallar şurası təsis etmişdir, hansı ki, ərazinin idarəetmə orqanı kimi fəaliyyət göstərir. Əldə edilən məlumatlara görə, bu şura şəhərinin etnik tərkibinə uyğun olaraq qurulmuşdur. Şura 15 nəfərdən ibarətdir, onlardan 10-u ərəb, 3-ü kürd, 1-i Suriya türkmanı, digər 1-i isə ermənidir.[9]
2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 14.825 nəfərdir.[10]
Müxtəlif mənbələrə görə, Təl-Əbyəz şəhərinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir.[11] Əlavə olaraq, şəhərdə kürd,[12] Suriya türkmanı[13] və erməni[14][15] azlıqları da yaşayır.
Almaniyada əsaslanmış "Kurdwatch" internet portalının verdiyi məlumata görə, Təl-Əbyəz əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Onların verdiyi məlumata görə, ərazi əhalisinin 15%-i Suriya türkmanı, 10%-i kürd, qalan hissəsi isə ərəblərdən təşkil olunmuşdur.[9] Digər mənbələrə görə, Təl-Əbyəz əhalisinin kürd qismi ümumi əhalinin 30%[16] ilə 55%[12][17] arası olduğunu qeyd edir.
Türkiyənin Şanlıurfa ilinin hesablamalarına görə, Təl-Əbyəz əhalisinin 98%-i ərəb və Suriya türkmanlarından təşkil olunmuşdur.[13] Əlavə olaraq, şəhər mərkəzində çoxlu Suriya türkmanı olan ailələr yaşayır.[5]