. Love.az

Tengi Kanyonu - Wikipedia - Love.az

Ana Səhifə - Tengi Kanyonu

Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.

Təngi kanyonu
Yerləşməsi
Ölkə  Azərbaycan

Həmçinin bax

redaktə
  • Qudyalçay kanyonu
  • Qaraçay kanyonu
  • Girdimançay kanyonu
  • Zəngiçay (Cülyan) kanyonu
  • Qarqarçay kanyonu 

Mənbə

redaktə
  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təngi_kanyonu&oldid=5088211"
LOVE.AZ