. Love.az

Tezekend Kengerli - Wikipedia - Love.az

Ana Səhifə - Tezekend Kengerli

Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Təzəkənd
39°23′36″ şm. e. 45°17′57″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 516 nəf.
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Tarixi abidələri
  • 2 Mədəniyyəti
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 Şəxsiyyətlər
  • 6 İqtisadiyyatı
  • 7 İstinadlar

Tarixi

redaktə

Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır.[3]

Tarixi abidələri

redaktə

Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
49 Qızılburun yaşayış yeri;
I-II Qızılbulaq məbədləri[4]
Tunc dövrü Təzəkənd kəndinin yaxınlığında Axeoloji Dünya
1839 Astabad nekropolu[5] XII-XIX əsrlər Təzəkənd kəndi Arxeoloji Ölkə
1840 Astabad şəhərgahı[6] XII-XIX əsrlər Təzəkənd kəndi Arxeoloji Ölkə

Mədəniyyəti

redaktə

Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

redaktə

Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir.

Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir

İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur.

Əhalisi

redaktə

Əhalisi 538 nəfərdir.[7] Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək))

Şəxsiyyətlər

redaktə
  • Səfərəli Babayev

İqtisadiyyatı

redaktə

Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.

İstinadlar

redaktə
  1. ↑   Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.242.
  4. ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 3" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
  5. ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
  6. ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
  7. ↑  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təzəkənd_(Kəngərli)&oldid=8143532"
LOVE.AZ