T1 (keçmiş adı ilə SKT T1) – Cənubi Koreya kiberidman klubu. Klubun əsası 2002-ci ildə "Team Orion" kimi qoyulsa da, 2004-cü ildə rəsmi olaraq "SKT T1" kimi yaradılmışdır.
![]() Klubun loqosu. | |
İdman | kiberidman |
---|---|
Yaranma tarixi | 13 aprel 2004 |
Region | Cənubi Koreya |
Rənglər | ağ-qırmızı-qara |
CEO | Co Marş |
Bölmələr | League of Legends, Valorant |
Sayt | Rəsmi saytı |
"T1"nın "League of Legends" komandası dünyanın ən uğurlu komandalarından biri hesab olunur: 5 dəfə dünya çempionu (2013, 2015, 2016, 2023, 2024), 10 dəfə Cənubi Koreya çempionu və 2 dəfə Mövsüm Ortası Turnirinin (2016, 2017) qalibi olmuşdur.
"T1" klubunun əsası 2002-ci ildə "StarCraft" oyunçusu Lim "BoxeR" Yo-hvan tərəfindən "Team Orion" adı ilə yaradılmışdır. 2003-cü ilin dekabrında klub "4 Union" adlanmışdır.[1] 13 aprel 2004-cü ildə Cənubi Koreyanın simsiz telekommunikasiya şirkəti "SK Telecom" komandanın sponsoru olmuş və komandanın adı "SKT T1" olmuşdur.[2][3]
Klubun müxtəlif vaxtlarda "Heartstone", "PUBG", "Fortnite", "Apex Legends", "Dota 2" komandaları olmuşdur.[4][5][6] 2019-cu ilin oktyabrında komanda rebrendinq edərək "T1" adını almışdır. 9 mart 2020-ci ildə "Valorant" komandası yaradılmışdır.[7]
"T1"nın "League of Legends" komandası 13 dekabr 2012-ci ildə "Eat Sleep Game" klubunun heyəti əsasında yaradılmışdır. Komanda qatıldığı ilk dünya çempionatında qalib olsa da,[8] 2014-cü ildəki turnirə vəsiqə qazana bilməmişdir. 2015-ci ildə keçirilmiş dünya çempionatında 15 qələbə və 1 məğlubiyyətlə növbəti çempionluğu qazanmışdır.[9]
Cənubi Koreya çempionatında 2016-cı ilin yay splitində 3-cü yeri tutsa da, dünya çempionatına vəsiqə qazanmışdır. Dünya çempionatında finala qədər irəliləyərək "Samsung Galaxy" komandasına 3–2 hesabı ilə qalib gəlmiş və 3-cü dəfə dünya çempionu olmuşdur.[10][11] Faker turnirin ən dəyərli oyunçusu seçilmişdir.[12]
2022-ci ildəki dünya çempionatında finala qədər irəliləmiş, lakin "DRX" komandasına 2–3 hesabı ilə uduzmuşdur.[13] 2023-cü ildə keçirilmiş dünya çempionatında finalda "Weibo Gaming" klubuna 3–0 hesabı ilə qalib gələrək 4-cü dünya çempionluğunu qazanmışdır.[14] 2024-cü ildə keçirilmiş dünya çempionatında finalda "Bilibili Gaming" klubuna 3–2 hesabı ilə qalib gələrək 5-ci dünya çempionu olmuşdur.[15]
T1 "League of Legends" heyəti | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | ||||||||||||||||||||||||
|
İm "Tom" Çje Hen | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Legenda:
|
Ən son heyət tarix: 25 noyabr 2024. |