Valorant — "Riot Games" tərəfindən "Windows" platforması üçün hazırlanmış pulsuz, birinci şəxs atıcı videooyunu[3] Oyun ilk dəfə 2019-cu ilin oktyabrında "Project A" kimi təqdim edilmiş və bunun ardınca 2020-ci ilin iyununda buraxılmışdır. "Valorant"ın inkişafına 2014-cü ildə başlanılıb, oyun "Counter-Strike" videooyununa bənzəyir və bu oyunun bəzi özəlliklərini daşıyır. 2021-ci ildə "Riot Games" gələcəkdə oyunun mobil platformalar üçün versiyasını buraxmağı planlaşdırdığını bildirib.[4]
Valorant | |
---|---|
![]() | |
Hazırlayanlar | Riot Games |
Yayımlayanlar | Riot Games, Tencent |
Buraxılış tarixləri | 2 iyun 2020[2] |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | birinci şəxs atıcı |
Texniki məlumat | |
Platforma | Microsoft Windows, PlayStation 5 |
Mühərrik | Unreal Engine 4[d] |
İnterfeysin dili | rus dili, fransız dili, ispan dili, portuqal dili, polyak dili, koreya dili, Çin dili, yapon dili, türk dili, ingilis dili, ərəb dili, alman dili |
Daşıyıcı | rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, oyun pultu[d] |
Rəsmi saytı Rəsmi saytı |
|
![]() |
"Valorant" sadə və asan komanda əsaslı birinci şəxs atıcı oyunudur. Yaxın gələcəkdə keçən oyunda oyunçular hər biri müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən Cəsusları seçirlər. Əsas oyun rejimində oyunçular hücum edən və ya müdafiə edən komandaya təyin edilirlər, hər bir komandada beş üzv yer alır.
2020-ci ilin noyabrında elan edilmiş VCT formatı ilə Riot Games tərəfindən dəstəklənən ilk turnirlər 2021-ci ilin yanvarında başladı. Seçmələrdən sonra müəyyənləşən komandalar 1.300.000 ABŞ dolları məbləğində mükafat və Valorant Champions Berlinə dəvət qazanmaq üçün may ayında Berlində və sentyabrda Reykyavikdə keçirilən Masters turnirlərində iştirak etdilər.
VCT 2021 təqviminin sonunda ilk Champions turniri Berlində baş tutdu.Turnirin sonunda içində türk oyunçu Mehmet Yağız İpek'in də olduğu Avropa komandası Acend, Gambit Esports qarşısında qalib gələrək Valorant tarixinin ilk Dünya çempionu oldu.