. Love.az

Takaoki Sasaki - Wikipedia - Love.az

Ana Səhifə - Takaoki Sasaki

Takaoki Sasaki (佐々木 隆興?, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu.

Takaoki Sasaki
yap. 佐々木 隆興
Doğum tarixi 5 may 1878(1878-05-05)
Doğum yeri
  • Tokio, Yaponiya
Vəfat tarixi 31 oktyabr 1966(1966-10-31) (88 yaşında)
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti onkoloq, biokimyaçı
Üzvlüyü
  • Yaponiya Elmlər Akademiyası (1939–)[1],
  • Leopoldin Alman Milli Elmlər Akademiyası (1936–)
Mükafatları "Mədəniyyət" ordeni (Yaponiya) — 1940

1878-ci ildə Tokio şəhərində doğulmuşdur.[2] Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur.[2][3] Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur.[2]

Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır.[2] O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir.[2] O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.[3] 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deceased Members: S | The Japan Academy.
  2. ↑ 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan
  3. ↑ 1 2 "About the Sasaki Institute". Sasaki Institute (ingiliscə). 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2022.

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 22 iyul 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Takaoki_Sasaki&oldid=7661856"
LOVE.AZ