. Love.az

Takata Sanae - Wikipedia - Love.az

Ana Səhifə - Takata Sanae

Takata Sanae[a] (高田 早苗?, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir.

Takata Sanae
yap. 高田早苗
Doğum tarixi 4 aprel 1860(1860-04-04)
Doğum yeri
  • Tokio, Yaponiya
Vəfat tarixi 3 dekabr 1938(1938-12-03) (78 yaşında)
Dəfn yeri
  • Somey qəbiristanlığı[d]
Təhsili
  • Tokio Universiteti
Fəaliyyəti politoloq, jurnalist, siyasətçi
Mükafatları 1-ci dərəcəli "Müqəddəs xəzinə" ordeni (Yaponiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Qeydlər
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi.[1][2] 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur.[3] 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir.[2]

Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş,[3] burada konstitusiya haqqında mühazirələr vermişdir.[1] 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir.[3] 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.[4]

Takata birincisi 1891-ci ildə olmaqla 6 dəfə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmiş, Saytama prefekturasını təmsil etmişdir. 1915-ci ildə Yaponiya Perlər Palatasına seçilmişdir.[3] Xarici İşlər Naziriliyinin Ticarət Bürosunun baş direktoru və Təhsil Nazirliyinin müşaviri vəzifələrini tutmuş,[2] Okuma kabinetində (1914–1916) Yaponiyanın təhsil naziri kimi fəaliyyət göstərmişdir. Takata pedaqoq kimi tanınmışdır. Başda Vaseda Universiteti olmaqla, özəl universitet menecmenti üzrə işlər görmüşdür. O, 1907-ci ildə universitetin provostu, 1921-ci ildə üçüncü müşaviri təyin olunmuşdur.[3] 1928-ci ildə Yaponiya İmperator Akademiyasına qəbul edilmişdir.[2]

Qeydlər

redaktə
  1. ↑ Bəzən Takada Sanae yazılır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1548
  2. ↑ 1 2 3 4 "Takata Sanae". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2024.
  3. ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 310
  4. ↑ Ueda, Atsuka. "Bungakuron and 'literature' in the making". Japan Forum (ingiliscə). 20 (1). mart 2008: 34. doi:10.1080/09555800701796842. İstifadə tarixi: 19 avqust 2024.

Ədəbiyyat

redaktə
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1548. İstifadə tarixi: 19 avqust 2024.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 310. ISBN 0-87011-627-4. İstifadə tarixi: 19 avqust 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Takata_Sanae&oldid=7742429"
LOVE.AZ