“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi.
"Take Me to Church" | ||||
---|---|---|---|---|
![]() | ||||
Hozier tərəfindən Take Me To Church EP albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 16 sentyabr, 2013 | |||
Format | sinql | |||
Janr | indi-rok, soul, blüz | |||
Dil | ingilis dili | |||
Müddət | 04:05 | |||
Bəstəkar | Hozier | |||
Sözlərin müəllifi | Hozier | |||
Leybl | Columbia Records | |||
Studiya | Rubyworks · Island Records | |||
Hozier sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir.[1] 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir.[2] Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır.[3] 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır.[4] Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir.
Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.
“The Irish Times” qəzetinə verdiyi müsahibədə Hozier deyir: “Aşiq olmaq və birini sevmək ölüm kimidir, hər şeyin ölümü. Sanki sən özünün gözəl bir şey uğrunda ölməyini izləyirsən və qısa bir an sanki hiss edirsən - əgər sən həmin an özünü onun gözləri ilə görürsənsə, özün haqqında bildiyin və sənə aid olan hər şeyi itirmisən, sevdiyin adama tabe olmusan və onunku olaraq (özün özünə aid olmayaraq) yenidən doğulmusan. Ölüm və dirilmə anlamında.”[5] Başqa bir müsahibəsində isə müğənni mahnının sözlərində Rusiyada LGBT hüquqlarına qarşı qəbul edilmiş qanuna reaksiyanın da əks olunduğunu bildirmişdi.
Daha sonra mahnının “Mən xəstə doğulmuşam; yaxşı olmaq üçün mənə əmr et” sözləri Yeni Ateizm müəllifi Kristofer Hitçens tərəfindən istifadə olunmuşdur.[6][7]
"Take Me to Church" mahnısı üçün Brendan Kantinin rejissorluğu ilə çəkilmiş musiqi videosu 25 sentyabr 2013-cü ildə təqdim edilmişdir. Boz çalarlarla çəkilmiş videoda iki oğlanın eynicinsli münasibətdə olması və oğlanlardan birinin cinsi orientasiyasının bəlli olmasından sonra cəmiyyətin homofobik təzyiqi təsvir olunub. Hozier özü videoda görünmür.
Hozier qeyd edir: “Mahnı ən təbii təzahür formalarında insan hissləri və onun din kimi insan şüuraltına təsiri haqqındadı. Rusiyada müşahidə olunanlar kabus kimidi, mən bu ideyanı səsləndirdim və Brendan tərəfindən bəyənildi.”[8][9]
Həftəlik hit-paradlarredaktə
|
İl sonu hit-paradlarıredaktə
Sertifikatlarredaktə
|
Region | Tarix | Format | Leybl |
---|---|---|---|
ABŞ | 24 fevral 2014 | Adult album alternative radio | Columbia Records |
İrlandiya[46] | 20 mart 2014 | Digital download | Rubyworks |
ABŞ[47][48][49] | 24 iyun 2014 | Modern rock radio | Columbia Records |
8 sentyabr 2014 | Hot adult contemporary radio | ||
16 sentyabr 2014 | Contemporary hit radio |
<ref>
etiketi; "sc_Canada_Hozier" adı bir neçə dəfə müxtəlif məzmunla verilib