Talsa Universiteti (University of Tulsa) — ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində yerləşən özəl universitet.[2]
Talsa Universiteti | |
---|---|
![]() | |
![]() | |
36°09′08″ şm. e. 95°56′47″ q. u.HGYO | |
Əsası qoyulub | 1894 |
Tələbə sayı | 4.187, 3.671[1] |
Ölkə | |
Sayt |
utulsa.edu tulsahurricane.com |
![]() |
Talsa Universitetinin Presviterian Kilsəsi ilə tarixi bir əlaqəsi var. Binası əsasən qotik memarlıq üslubunda tikilib.
Universitet öz mənşəyini 1882-ci ildə Oklahoma ştatının Muskogi şəhərində əsası qoyulmuş və 1894-cü ilə qədər Henri Kendall Kolleci adlı ali təhsil müəssisəsinə çevrilmiş Presviterian qızlar məktəbindən alır. 1920-ci ildə Kendall Kolleci Talsa Universiteti adlandırıldı.[3]
Talsa Universiteti "R2: Doktorantura Universitetləri - Yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir.[4] O, Amerika Qərb incəsənətinin və dünyada yerli Amerika artefaktlarının ən böyük kolleksiyalarından birini ehtiva edən Gilcrease Muzeyini[5] idarə edir.[6]
Qızlar üçün Presviterian Məktəbi (həmçinin Minerva Evi kimi tanınır)[7] 1882-ci ildə hindlilərin yaşadığı Muskogi şəhərində gənc qadınlara ibtidai təhsil vermək üçün yaradılmışdır.[8]
1894-cü ildə yeni məktəb, keşiş Henri Kendalın adını daşıyan Henri Kendall Kollecinə çevrildi.[9][10] Yeni məktəbin ilk binası 1908-ci ildə tamamlandı və tezliklə daha iki bina tikildi.
1920-ci ildə Henri Kendall Kolleci Mak Farlin Kolleci ilə birləşir və Talsa Universiteti yaranır.
və digər fənlər daxil olmaqla universitet sənətlər, elmlər və peşəkar proqramlar təklif edir.[13]
ABŞ News & World Report-un "Ən yaxşı kolleclər"in 2023-cü il nəşri Tulsa Universitetini "milli universitetlər" arasında 195-ci yeri və "Ən yaxşı dəyər" kateqoriyasında 90-cı yeri tutdu. [14]
Tulsa Universitetinin kampusu Dietler Kommons kimi tanınan geniş, yaşıl, dördbucaqlı məkanda yerləşir.
Talsa Universitetində 60-dan çox şəhərin tələbələri təhsil alır. Onların 54%-i Oklahoma ştatının sakinləridir.[15] TU-nin xarici tələbələrinin coxu Çin, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Nigeriya, Anqola və Böyük Britaniyadandır.[16]
Talsa Universiteti Tələbə Assosiasiyasında qeydiyyatdan keçən və qismən maliyyələşdirilən 150-dən çox tələbə təşkilatına ev sahibliyi edir.