"Tam məxfi" — serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir.[2]
Tam məxfi | |
---|---|
![]() | |
Janr |
komediya məhəbbət |
Rejissorlar |
Samir Fərzəlibəyov Sülü Çöl-Qalalı |
Ssenari müəllifləri |
Tahir İmanov Müşfiq Abbasov Məmməd Kazımov |
Baş rollarda |
Aygün Kazımova — Aybəniz Tahirə Rzayeva — Aynur Tərxan Səlimzadə — Mətləb Elçin Həmidov — Mübariz Elmira Şabanova — nənə Azər Axundov — Cavid Coşqun Rəhimov — Əli Rafael İsgəndərov — Məmməd |
Operatorlar |
Tarıverdi Tarıverdiyev Musa Vəliyev |
İstehsalçılar |
"Planet Parni iz Baku" Studiya (Süleyman Ələsgərov Adına Yaradıcılıq Birliyi) Salon "N" |
İlk baxış tarixi | 2004 |
Filmin növü | çoxseriyalı bədii film |
Müddət | 30-35 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca (rusca dialoqlarla) |
İl | 2004[1] |
Rəng | rəngli |
Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər.
Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.