. Love.az

Tamilla Mahmudova - Wikipedia - Love.az

Ana Səhifə - Tamilla Mahmudova
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Tamilla.

Tamilla Zahid qızı Mahmudova (21 aprel 1931, Bakı – 12 sentyabr 2014, Moskva) — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002).

Tamilla Mahmudova
Ümumi məlumatlar
Doğum tarixi 21 aprel 1931
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 sentyabr 2014 (83 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ→
Rusiya Rusiya
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19741974 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960
"Şöhrət" ordeni — 20022002

Həyatı

redaktə

Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb[1].

1954-cü ildə[2] Moskva konservatoriyasını və 1957-ci ildə[2] professor Y. Zakın sinfində aspiranturanı bitirib[1].

1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur[2]. 1954-cü ildən Moskonsertin solisti idi[2]

Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.

3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir[1].

Filmoqrafiya

redaktə
  • Çalır Tamilla Mahmudova (film, 1966)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Ləman Mustafaqızı. "Xalq artisti vəfat etdi". LENT.AZ (az.). news.lent.az. 12.09.2014 / 16:55. 2014-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
  2. ↑ 1 2 3 4 "Mahmudova Tamilla Zahid qızı". Azərbaycan Gender İnformasiya Mərkəzi (az.). gender-az.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tamilla_Mahmudova&oldid=7540452"
LOVE.AZ