Tanki X (rus. Танки Онлайн) ― 2017-ci ildə AlternativaPlatform tərəfindən təqdim olunmuş "free-to-play" tipli çoxoyunçulu videooyundur.[1]
Tanki X | |
---|---|
Hazırlayan | AlternativaPlatform |
Yayımlayan | AlternativaPlatform |
Buraxılış tarixi | 20 Aprel 2017 – 31 Dekabr 2019 |
Janrlar | Müharibə |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows MacOS |
Mühərriklər | Unity |
Oyun rejimləri | Çoxoyunçulu oyun |
İnterfeysin dili | ingilis dili, rus dili, türk dili |
Daşıyıcı | rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı |
"Tanki Online"-ın oyununun tərtibatçıları tərəfindən 2014-cü ildə oyunun "Tanki X" adlı yeni versiyasının hazırlanmasına başlandı. 2016-ci ilin sentyabrında beta sınaqlarına başlanılan "Tanki X" 2017-ci ilin 20 aprelində Steam-də təqdim olunmuşdur.[2] Tanki Online ilə paralel olaraq mövcud olan Tanki X-də tərtibatçıların özünkü əvəzinə Unity oyun mühərrikindən istifadə olunmuşdur. 2019-cu ilin sonunda Tanki X-in bağlandığı elan edildi.[3] Oyun 2020-ci ilin əvvəlində bağlandı, lakin bəzi xüsusiyyətlər Tanki Online-a köçürüldü.
"Tanki X" xüsusiyyətlərinə görə "Tanki Online" oyununa bənzəyirdi. Oyunçular öz tanklarını müxtəlif qüllə və gövdə birləşmələrdən istifadə edərək fərdiləşdirmə imkanına malik idilər. Oyunda onların yarışa biləcəyi müxtəlif xəritələr və 3 oyun rejimi mövcud idi. Bu rejimlər "Ölüm Maçı", "Komanda Ölüm Maçı" və "Bayraqqapma" idi.[4]