. Love.az

Tarumovka - Wikipedia - Love.az

Ana Səhifə - Tarumovka

Tarumovka — Rusiya Federasiyası, Dağıstan Respublikası, Tarumovka rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Tarumovka rayonunun və Tarumovka kənd sovetliyinin mərkəzidir. Tarumovka kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir[3].

Tarumovka
44°04′25″ şm. e. 46°32′05″ ş. u.HGYO
Ölkə
  •  Rusiya[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1786
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 6.619 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368870
Xəritəni göstər/gizlə
Tarumovka xəritədə
Tarumovka
Tarumovka

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Tarixi
  • 3 Əhalisi
  • 4 Din
  • 5 Təsərrüfat
  • 6 Mənbə
  • 7 İstinadlar

Coğrafiyası

redaktə

Maxaçqala — Həştərxan magistralı üzərində yerləşir. Mahaçqaladan 175 km aralıda yerləşir. Ən yaxın dəmiryolu stansiyası Qarabağlıdır (kənddən 13 km məsafədə yerləşir).

Tarixi

redaktə

1782-ci ildə II Yekaterina hökuməti Stavropol və Kuma ilə Terek çayları arasındakı torpaqlara dövlət kəndlilərinin köçürülməsi və kəndlilərə torpaqların paylanması haqqında fərmaz inzalamışdır.

kənd 1786-cı ildə həştərxanlı prakror Andrey tarumov tərəfindən saınmışdır. O, mülkiyyətində olan torpaqlara kəndliləri köçürüərək kəndi salmışdır. Kənd onun şərəfinə adlandırılmışdır. Kənddə yaşayan əhali Srednaya, Belovaya və Prorva çaylarında balıq ovu ilə, üzümçülüklə və ipəkçiliklə məşğul olurdular.

1856-cı ildə kənddə Müqəddəs Andrey Pervozvannı Kilsəsi inşa edilir. Kilsə yaxınlığında bir dini məktəb və kiçik mağazalar vardı. Andrey Tarumov torpaqda xristian kəndlilərini “əkməklə” nəinki tarixdə öz adı ilə yazdırmışdı, həm də böyük gəlirli torpaq mülkiyyəti təsis edə bilmişdi[4].

Əhalisi

redaktə

XX əsrin 80-ci illərinə görə kəndin əhalisi ruslardan ibarət idi. Ancaq respublikanın dağlıq rayonlarından əhalinin bura köçü və rus dili əhalinin kəndi tərk etməsi ilə əhalinin milli tərkibində köklü dəyişiklik baş vermişdir. 2010-cu il məlumatına görə kənddə əhalinin çoxluğunu avarlar təşkil etsə də, kənddə eyni saya yaxın rus və dargin yaşayır.

Milli tərkib

1926-cı il Ümumittifaq siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
ruslar 1479 98,9 %
ermənilər 11 0,7 %
qaraçılar 5 0,4 %

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
avarlar 1 799 33,5 %
ruslar 1 361 25,3 %
darginlər 1 171 21,8 %
ləzgilər 207 3,9 %
laklar 190 3,5 %
azərbaycanlılar 148 2,8 %
qumuqlar 101 1,9 %
digərləri 395 7,3 %
ümumi 5 372 100 %

Din

redaktə
Xristianlıq

Həvarri Andrey Pervozvannı Kilsəsi (1856-cı ildə inşa edilmişdir)

islam

2 məscid.

Təsərrüfat

redaktə

Kənddə Kirov adına Bələdiyyə Unitar Müəsissəsi vardır. Müəssisə heyvandarlığın inkişafı üçün respublikada aparıcı rola malikdir və eyni zamanda kənd təsərrüfatı məhsullarının aparıcı istehsalçısıdır.

Mənbə

redaktə
  • Храм в Тарумовке: в чём проблема?
  • Храм Апостола Андрея Первозванного с. Тарумовка
  • Официальный сайт администрации МО «Тарумовский район»

İstinadlar

redaktə
  1. ↑ 1 2 GEOnet Names Server. 2018.
  2. ↑ Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года (rus.). Росстат, 2024.
  3. ↑ "Закон Республики Дагестан от 13 января 2005 года № 6 «О статусе и границах муниципальных образований Республики Дагестан»". 2015-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  4. ↑ "История | Сайт администрации Тарумовского района". 2016-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  5. ↑ "Данные Всесоюзной переписи населения 1926 года". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  6. ↑ "Данные Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tarumovka&oldid=8149441"
LOVE.AZ