Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 30 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalə və ya bölmə reklam xarakteri daşıyır. Mətnin yazı üslubunu dəyişərək layihəyə kömək edə bilərsiniz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Taryel İsgəndər oğlu Ömərov (4 aprel 1980, Diyallı, İsmayıllı rayonu) dünyada qlobal səviyyədə istifadə olunan bir neçə cərrahiyyə metodunun müəllifidir. Aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib və qlobal səviyyədə bir neçə dəfə patenləşdirilib. Mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası və laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyası Avrasiya Patent Təşkilatı tərəfindən patentləşdirilib. Dünyanın bir çox nəşrlərində cərrah Tariyel Ömərovun 2013–2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub. Azərbaycanda ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan biri hesab olunur. Taryel Ömərov Beynəlxalq İdeya Müəllifləri siyahısına daxil edilib.
Taryel Ömərov | |
---|---|
Doğum tarixi | 4 aprel 1980(1980-04-04) (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim, bariatrik cərrah[d] |
Elmi dərəcəsi |
|
Taryel Ömərov 1980-ci ilin aprelin 4-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. İlk təhsilini A. Məmmədov adına Diyallı kənd orta məktəbində almış, 1997-ci ildə Azərbaycan Tibb İnstitutu, 1-ci Müalicə — Profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə məzun olmuşdur.[1][2][3]
Taryel Ömərov əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında müəllim kimi başlamışdır. 2003-cü ildə Moder Hospitalda fəaliyyətinə davam etmiş və hazırda həmin hospitalın baş həkimidir.[1][2][3]
O, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təsisçisi və sədridir.
Taryel Ömərov bir sıra bariatrik və metabolik cərrahlığa aid beynəlxalq çoxmərkəzli tədqiqat layihələrində iştirak etmişdir, o cümlədən:
O həmçinin "Qaraciyər transplantasiyasından və metabolik cərrahiyyədən sonra qaraciyər fibrozu dinamikasınının qeyri-invaziv yolla qiymətlənirilməsi" layihəsinin rəhbəridir.[9]
Taryel Ömərov bir sıra beynəlxalq elmi tədbirlərdə iştirak etmiş və apardığı elmi tədqiqatların nəticəsi kimi məruzəçi olmuşdur.