Taura sindromu (TS) — Dünya miqyasında krevetka yetişdiriciliyi sənayesini təsir edən ən dağıdıcı xəstəliklərdən biri.[1]
Taura sindromu |
---|
İlk dəfə 1992-ci ilin yayında Ekvadorda təsvir edilmişdir. 1993-cü ilin mart ayında böyük bir epidemiyaya çevrilmiş və medianın diqqətini geniş şəkildə cəlb etmişdir. Retrospektiv araşdırmalar göstərir ki, Taura sindromunun Kolumbiyada 1990-cı illərin əvvəllərində baş verməsi və virusun Ekvadorda 1991-ci ilin ortalarında artıq mövcud olduğu müəyyən edilib. 1992 və 1997-ci illər arasında xəstəlik, qara ağac krevetkası (Litopenaeus vannamei) yetişdirilən bütün əsas Amerika bölgələrinə yayılmışdır. O dövr ərzində Taura sindromunun Amerikanın müxtəlif regionlarında yaratdığı iqtisadi təsirin bəzi təxminlərə görə 2 milyard ABŞ dollarını aşdığı bildirilir.