. Love.az

Telman Salahov - Wikipedia - Love.az

Ana Səhifə - Telman Salahov
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Telman.

Telman Həsən oğlu Salahov (1 fevral 1937; Gəncə, Azərbaycan SSR) — azərbaycanlı futbolçu və məşqçi, SSRİ idman ustası və əməkdar məşqçisi. 2013-cü ildən "Sumqayıt FK"nın Müşahidə Şurasının üzvü olan Telman Salahov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Telman Salahov
Ümumi məlumatlar
Tam adı Telman Həsən oğlu Salahov
Doğum tarixi 1 fevral 1937 (88 yaş)
Doğum yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Mövqeyi Hücumçu
Təltif və medalları
Dövlət təltifləri

"Tərəqqi" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
    • 2.1 Statistikası
  • 3 İstinadlar

Həyatı

redaktə

Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində Həsən Salahovun və Kəklik Əzizovanın ailəsində anadan olub; əslən Gəncə şəhərindəndir.

Atası Həsən Salahov Azərbaycan SSR Daxili İşlər Nazirliyinin zabiti, anası Kəklik Əzizova isə evdar xanım olub.

Karyerası

redaktə

Telman Salahov futbolçu karyerasına 1961-ci ildə Sumqayıtın "Temp" komandasının heyətində başladı. Həmin il Sovet İttifaqının B divizionunda çıxış edən "Temp" komandasında Salahov birinci qolunu aprelin 22-si Leninqradın "Pamir" komandasının qapısına vurdu.[1] Mayın ayının 7-i Kirovabadın "Dinamo" komandası ilə görüşdə Telman Salahov komandasının qələbə qolunu, "Alqa" Frunze ilə görüşdə isə təsəlli qolunu vurdu.[2][3] Artıq "Temp" komandasının əsas heyət futbolçularından olan 24 yaşlı Salahov iyun ayında Cambulun "Metallist" (3:2) və Düşənbənin "Energetik" (2:1) komandaları ilə görüşdə komandasının bərabərlik qollarını vurdu.

Statistikası

redaktə
Komanda Mövsüm Çempionat Kubok
Liqa Oyun Qol Oyun Qol
Temp Sumqayıt 1961 B divizionu
27
9
-
0

İstinadlar

redaktə
  1. ↑ ""Pamir" Leninqrad 1:1 "Temp" Sumqayıt oyununun protokolu". www.footballfacts.ru. İstifadə tarixi: 5 yanvar 2016.
  2. ↑ ""Temp" Sumqayıt 2:1 "Dinamo" Kirovabad oyununun protokolu". www.footballfacts.ru. İstifadə tarixi: 5 yanvar 2016.
  3. ↑ ""Alqa" Frunze 2:1 "Temp" Sumqayıt oyununun protokolu". www.footballfacts.ru. İstifadə tarixi: 5 yanvar 2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Telman_Salahov&oldid=7081077"
LOVE.AZ