. Love.az

Teylor Momsen - Wikipedia - Love.az

Ana Səhifə - Teylor Momsen
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Teylor Mişel Momsen (ing. Taylor Momsen; 26 iyul 1993-cü il; Sent-Luis, Missuri, ABŞ) — ABŞ aktrisası, rok-müğənni, fotomodeli. "Gossip girls" filmində canlandırdığı Cenni Xamfri rolu ilə məşhurlaşmışdır. "The Pretty Reckless" rok-qrupunun solisti.

Teylor Momsen
ing. Taylor Momsen
Ümumi məlumatlar
Doğum adı Taylor Michel Momsen
Doğum tarixi 26 iyul 1993(1993-07-26)[1] (31 yaş)
Doğum yeri
  • Sent-Luis, Missuri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, model[d], aktrisa
Fəaliyyət illəri 1997-ci ildən
Janrlar alternativ rok, hard-rok, pank rok[2]
Musiqi alətləri gitara
Səs tembri messo-soprano
Albom şirkəti Interscope Records
Üzvlüyü
  • The Pretty Reckless
goingtohell.xxx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Teylor Sent-Luisdə, Missuridə anadan olub. Karyerasına 3 yaşından "Shake N' Bake" reklamına çəkilərək başlayıb. İlk rol aldığı film The Prophet's Game olmuşdur. 2000-ci ildə How the Grinch Stole Christmas filmində Cim Keri ilə birlikdə rol almışdır. 2002-ci ildə "Henzel və Qretel" filmində Qretel, "Casusların uşaqları 2"-də və "Biz əsgər idik" dramında rol almışdır.

Sonrakı üç ildə isə heç bir filmə çəkilməmişdir. 2006-cı ildən sonra isə "Panaroid park", "Şerloku xilas edərək" filmlərində rol almışdır. 2008-ci ilin iyununda, 14 yaşında Momsen İMG models ilə müqavilə imzaladı. Hanna Montana roluna özünü sınamışdır. 2007-ci ildə Teylor "Gossip girls" filmində Cenni Xamfri rolu üçün kastinqdən keçmişdir. 2008-ci ildən sonra Teylor vaxtının çoxunu musiqiyə sərf edir. Onun "The Pretty Reckless" adlı rok qrupu var. Bu qrupun solisti və mahnıların müəllifidir. 2009-cu ilin may ayından iyun ayına qədər bu qrupla qastrolda olmuşdur. 2008-ci ildə Teylor İMG models ilə müqəvilə imzalayır və Madonnanın "Material Girl" markasının üzü seçilmişdir. Onun kiçik bacısı, Sloun Momsen də aktrisadır.

16 avqust 2011-ci ildə Teylor aktrisa kimi karyerasına son verdiyini və yalnız musiqi ilə məşğul olacağını bildirmişdir.

İl Filmin orijinal adı Filmin adı Rolu
1999 The Prophet's Game Ölüm peyğəmbəri Hani Bi Svan
2000 How the Grinch Stole Christmas Qrinç — Yeni ilin oğrusu Sindi Lou Hu
2002 Hansel & Gretel Henzel və Qretel Qretel
2002 Spy Kids 2: The Island of Lost Dreams Casusların uşaqları 2: Çin olmayan ümidlər adası Aleksandra
2002 We Were Soldiers Biz əsgər olmuşuq Culi Mur
2006 Saving Shiloh Şerloku xilas edərkən Samanta Uolleys
2007 Paranoid Park Paranoid-park Cennifer
2007 Underdog Superköpək Molli
2008 Spy School İnancsız Foma Medison Kramer
2007–2011 Gossip girl Qeybətçil qız (teleserial) Cenni Hemfri

İstinadlar

redaktə
  1. ↑ Deutsche Nationalbibliothek Record #141515686 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ Montreux Jazz Festival Database.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Teylor_Momsen&oldid=7704528"
LOVE.AZ