. Love.az

The Dangers In My Heart Seriyalarinin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - The Dangers In My Heart Seriyalarinin Siyahisi

"The Dangers in My Heart" Norio Sakuray tərəfindən yazılan və illüstrasiya olunan eyniadlı manqa seriyasına əsaslanan anime serialıdır. "Shin-Ei Animation" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Hiroaki Akaqi, prodüseri Kazuki Endo, senaristi Cukki Hanada, personaj dizayneri Masato Katsumata və bəstəkarı Kensuke Uşiodur. Anime serialı manqanın ilk 8 cildini əhatə edir.

I mövsümün posteri. Personajlar: Anna Yamada (solda) və Kyotaro İçikava (sağda).

Anime serialı çunibyo və tənha sinif şagirdi Kyotaro İçikava ilə sinfin ən populyar qızı Anna Yamada arasında yaranan romantik münasibətlərdən bəhs edir. Kyotaro İçikava vaxtının çoxunu cinayət ensiklopediyaları oxuyaraq keçirir. O, sinfin ən populyar və gözəl qızı olan, modellik və aktrisalıq ilə məşğul olan Anna Yamadanı "öldürməyin" fantaziyasını qurur. Lakin Yamadanı müşahidə etdikcə əslində onun da qəribə bir qız olduğunu görür. Yamada gizlicə yemək yemək üçün məktəb kitabxanasına gəlməyə başlayanda onlar arasında gözlənilməz romantik münasibətlər inkişaf etməyə başlayır.

Anime serialının birinci mövsümü 2 apreldən 18 iyun 2023-cü ilə qədər TV Asahi kanalında yayımlanmış və 12 seriya davam etmişdir.[1] Açılış mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan "Shayō" (斜陽, Şayo?, hərf. "Batan günəş") mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan "Sū Sentimental" (数センチメンタル, Su Sentimental?, hərf. "Bir az sentimental") mahnısıdır.[2] İkinci mövsüm 7 yanvardan 31 mart 2024-cü ilə qədər TV Asahi kanalında yayımlanmış və 13 seriya davam etmişdir. Açılış mahnısı "Atarayo" qrupu tərəfindən ifa olunan "Boku wa..." (僕は.., Boku va...?, hərf. "Mən...") mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan "Koi Shiteru Jibun Sura Aiserunda" (恋してる自分すら愛せるんだ, Koi Şiteru Cibun Sura Ayserunda?, hərf. "Mən özümü sevməyimi sevə bilərəm") mahnısıdır.[1] "Twi-Yaba" spin-off manqasına əsaslanan, hərəsi bir neçə dəqiqə davam edən qısa seriyalardan ibarət anime adaptasiyası 10 dekabr 2023-cü ildə yayımlanmışdır.[3] 20 fevral 2024-cü ildə "YouTube"da "Re:Zero" və "The Danger in My Heart" personajlarının yer aldığı qısa krossover animesi buraxılmışdır.[4] 29 sentyabr 2024-cü ildə anime serialının iki mövsümünün hekayəsini ümumiləşdirən və finaldan sonrakı hekayəyə dair yeni səhnələr ehtiva edən anime filmi anons edilmişdir.[5]

Mündəricat

  • 1 Mövsümlər
  • 2 Seriya siyahısı
    • 2.1 I mövsüm (2023)
    • 2.2 II mövsüm (2024)
  • 3 Ev buraxılışı
  • 4 İstinadlar

Mövsümlər

redaktə
Mövsümlər Seriyalar Orijinal yayım
İlk yayım Keçmiş yayım
1 12 2 aprel 2023 (2023-04-02) 18 iyun 2023 (2023-06-18)
2 13 7 yanvar 2024 (2024-01-07) 31 mart 2024 (2024-03-31)

Seriya siyahısı

redaktə

I mövsüm (2023)

redaktə
Ser.
№
Möv.
№
Azərbaycanca adı
Yaponca adı
Rejissor Hekayə lövhəsi Yayım tarixi
11 "Mən oğurlandım"
"Boku va Ubavareta" (僕は奪われた) 
Hiroki İmamuraHiroki İmamura2 aprel 2023 (2023-04-02)
Sinif yoldaşlarını öldürmək fantaziyası quran Kyotaronun əsas hədəfi jurnallarda modellik edən sinif yoldaşı Annadır. Lakin bir gün məktəb kitabxanasında Anna ilə Kyotaro tək qalmağa başlayırlar. Bundan sonra Kyotaro Annanın ona qarşı qəribə davrandığını hiss edir və özünü ona kömək etdiyi situasiyalarda tapır. Növbəti gün Haruya adlı bir oğlanın Annadan əl çəkmədiyi görür və velosipedini sürətlə irəli buraxaraq Annaya kömək edir. 
22 "Mən öldüm"
"Boku va Şinda" (僕は死んだ) 
Dali ÇenYoşiyuki Şirahata9 aprel 2023 (2023-04-09)
Anna məktəb kitabxanasına yeməklər gətirir və ətrafı çirkləndirir. Kyotaro onun üçün su gətirməyə gedir, bu zaman Çihiro gəlir və Anna stolun altında gizlənir. Kyotaro Haruyanın yenə Annaya yaxınlaşdığını görür, amma bu dəfə digər qızlar Annanı qoruyurlar. Kyotaro və Anna xəritədə bir-birilərinin evlərinin yerlərini göstərirlər. Sonra Anna Kyotaronun telefonu ilə selfi çəkir. 
33 "Mən onu qucaqlamaq istəyirəm"
"Boku va Dakişimetay" (僕は抱きしめたい) 
Yoşiyuki ŞirahataHiroaki Yoşikava16 aprel 2023 (2023-04-16)
Kyotaronun başı ağrıyır və həkim otağına gedir. Annanın da qarın ağrısı səbəbilə gəldiyini görür. Anna dərmanını onunla bölüşür. Anna köynəyini unudur və həkim köynəyi qaytarmağı Kyotaroya tapşırır. Basketbol dərsində Annanın fikri Kyotaroya görə yayınır və top Annanın üzünə dəyib burnunu qanadır. Kyotaro onun dalınca gedir və Annanı sevdiyinin fərqinə varır. 
44 "Mənim mental problemim var"
"Boku va Kokoro no Yamay" (僕は心の病) 
Pak Qyon-sunPak Qyon-sun23 aprel 2023 (2023-04-23)
Kanaoya burnunu qanatdığı üçün kitabxanada Annadan üzr istəyir. Kyotaro Annanı velosipedlə evinə aparır. Anna təşəkkür etmək üçün ona öz içkisindən verir. Növbəti gün Kyotaro bacısı ilə restorana gedir və Anna ilə qarşılaşır. Kyotaro ona dondurma alsa da, Annaya verə bilmir. Anna kitabxanada yemək yediyi üçün problem yaşayır, lakin Kyotaro yeməklərini gizlədib onu qoruyur. Anna Kyotaroya bildirir ki, ona xitab edəndə "-san" hörmət şəkilçisindən istifadə etməsin. 
55 "Biz ayrıldıq"
"Bokura va Haqureta" (僕らははぐれた) 
Takuma SuzukiHitoyuki Matsui30 aprel 2023 (2023-04-30)
Şagirdlər ekskursiyaya gedirlər. Hamı Annanın qrupunda olmaq istəyir və Kyotaro onun qrupuna düşə bilir. Məktəbdən sonra yağış başlayır və Anna çətirinin sındığını deyir. Kyotaro çətirini onla bölüşür və yolda söhbət edirlər. Anna, Kyotaro və dostları manqa nəşriyyatına gedirlər. Kyotaro otaku olduğunu gizlətmək istəsə də, Anna onun manqa sevdiyini bilib sevinir. Anna ona sevdiyi romantika manqasını verəcəyini bildirir. Kyotaro və Anna ekskursiyadan qayıdanda digərlərindən geri qalır və stansiyada tək qalırlar. 
66 "Mən bunu əritdim"
"Boku va Tokşita" (僕は溶かした) 
Akihito SudoAkihito Sudo7 may 2023 (2023-05-07)
Kyotaro Annaya içki gətirir və onlar söhbət edirlər. Növbəti gün Kyotaro məktəbdən zövq almağa başladığını hiss edir. Anna ona söz verdiyi manqanın ilk cildini verir. Adaçi Annanı sevdiyini, çünki onun seksi olduğunu bildirir. Bu sözlər Kyotaronun xoşuna gəlmir. Kitabxanada yemək qadağan olunsa da, Anna yemək gətirməyə davam edir. Müəllimə onu yaxalamaq üzrə ikən Kyotaro yeməkləri gizlədir. Kyotaro hər şeyi məhv etdiyini düşünsə də, Anna kitabxanaya gəlməyə davam edir. 
77 "Biz yerlərimizi dəyişdirdik"
"Bokura va İrekavatteru" (僕らは入れ替わって) 
Taro KaboHiroaki Yoşikava14 may 2023 (2023-05-14)
Kyotaro və Anna səhvən bir-birilərinin köynəklərini dəyişdirirlər. Anna qaytarmazdan öncə gizlicə onun köynəyi qoxlayır. Annanın yeni filmdə oynayacağı xəbəri yayılır. Sinifdə şagirdlərin yeri yenidən təşkil olunur və Kyotaro düz Annanın arxasına düşür. Kyotaro Haradan qeydlər köçürdüyü üçün Anna onu qısqanır. Yerlər bir daha dəyişdirilir və bu dəfə Kyotaro qabağa keçir. Kitabxanada Anna bildirir ki, onun filmdəki rolu kiçik olacaq. Axşam Kyotaro Annanın televiziyadakı çıxışını izləyir. 
88 "Mən yuxu gördüm"
"Boku va Yume o Mita" (僕は夢を見た) 
Dali ÇenRyuhey Aoyaqi21 may 2023 (2023-05-21)
Çii kitabxanaya gəlir və Kyotaronun dəyişdiyini görüb təəccüblənir. Valideyn iclasında Anna Kyotaronun anası ilə tanış olur. Anna və Kyotaro kitabxanada yaxınlaşmağa davam edirlər. Kyotaro Annanı velosipedlə yola saldıqdan sonra tamponlarını unutduğunu görür və qaytarmaq üçün qayıdır. Kyotaro xəstələnir və Anna onun evinə gəlir. Anna Kyotaronun qayğısına qalır və paltarlarını dəyişməyə kömək edir. Kyotaro sağalandan sonra Annanın bir az xəstə olduğunu görür. 
99 "Mən Yamadadan nifrət edirəm"
"Boku va Yamada qa Kiray" (僕は山田が嫌い) 
Pak Qyon-sunYoşiyuki Şirahata28 may 2023 (2023-05-28)
Anna Kyotaronun "Line" hesabını soruşmaq istəyir, amma birbaşa soruşmaqdan utanır. Nəhayət Kyotaro onun məqsədini anlayır və hesabını onunla bölüşür. Qızlar Annadan sevgilisinin olub olmadığını soruşanda Anna mənfi cavab verir. Anna Haruyadan qurtulmaq üçün yalandan Kyotaro ilə öpüşürmüş kimi özünü göstərir. Kyotaro istifadə olunduğunu düşünüb Anna ilə ünsiyyəti kəsmək istəyir. Anna bunu başa düşür və nə baş verdiyini soruşub ağlayır. Kyotaro Annanın düşündüyü kimi biri olmadığını anlayıb üzr istəyir. Onlar bütün gecə mesajlaşırlar. 
1010 "Biz sakitcə gəzdik"
"Bokura va Yukkuri Aruita" (僕らはゆっくり歩いた) 
Ryo Okubo
Yohey Fukui
Hiroki İmamura4 iyun 2023 (2023-06-04)
Kyotaro və Anna Yeni il ərəfəsində görüşə çıxırlar. Anna onun yerinə ödədiyi üçün Kyotaro utanır. Geyim mağazasında Kyotaro Anna üçün paltar seçir. Bu zaman Kana mağazaya girir və Kyotaro Anna ilə kabində gizlənir. Anna Kyotaroya şərf hədiyyə edir. İnsanlarla dolu qatarda ayrı düşməmək üçün Kyotaro Annanın əlindən tutur. Kyotaro Annanın onu sevib sevmədiyi barədə düşünməyə başlayır. 
1111 "Biz bir az oxşayırıq"
"Bokura va Sukoşi Niteiru" (僕らは少し似てい) 
Şiqe FukaseCuria Matsumura11 iyun 2023 (2023-06-11)
Kyotaro ailəsi ilə nənəsini ziyarət etməyə gedir. Anna üçün şəkil çəkmək istəyəndə yıxılır və qolu sınır. Kyotaro gecə gizlicə Anna ilə videozəng edir və qayıdanda görüşməyə qərar verir. O, Anna üçün suvenir kimi it açarlığı alır və ona verir. Onlar Yeni ildə məbədə ziyarət etməyə qərar verirlər. Kyotaro təsadüfən Annanın dostları ilə qarşılaşır və onlarla bir az vaxt keçirir. Moeko Kyotaronun uzun müddətdir ki, Annanı sevdiyini bəlli etdiyini bildirir. Kyotaro Annanın səsini eşitmək üçün gecə ona zəng edir. 
1212 "Mən məni bilməni istədim"
"Boku va Boku o Şitte Hoşii" (僕は僕を知ってほしい) 
Yasuşi TomodaHiroaki Yoşikava18 iyun 2023 (2023-06-18)
Kyotaro ailəsi ilə məbəd ziyarətinə gedir və Anna tez gəldiyi üçün qarşılaşırlar. Kana Annanı evlərinə dəvət edir. Kyotaronun uşaqlıq şəkillərinə baxan Anna onun balaca olanda daha fərqli biri olduğunu başa düşür. Anna gələn dəfə öz uşaqlıq şəkillərini göstərəcəyini bildirir. Növbəti gün məktəbdə Anna ilə qarşılaşan Kyotaro məktəbdən zövq almasının səbəbinin o olduğunu bildirir. Onlar qucaqlaşırlar. 

II mövsüm (2024)

redaktə
Ser.
№
Möv.
№
Azərbaycanca adı
Yaponca adı
Rejissor Hekayə lövhəsi Yayım tarixi
131 "Biz axtarırıq"
"Bokura va Saqaşite İru" (僕らは探している) 
Yoşiyuki ŞirahataRyuhey Aoyaqi7 yanvar 2024 (2024-01-07)
Kyotaronun qolu sınıq olduğu üçün sinifdə çətinlik çəkir. Müəllim Annanın ona kömək etməsini təklif etsə də, Kyotaro bundan imtina edir. Bu isə Annanın qəlbini qırır. Kyotaro cəsarətini toplayıb Annadan üzr istəyir. Növbəti həftələrdə Anna Kyotaroya sinifdə kömək edir. Kyotaro səhvən bildirir ki, qolu Anna üçün şəkil çəkmək istəyərkən qırıb. Növbəti gün Anna onun üçün qiymətli olan açarlığını itirir və onu axtarmağa başlayır. Kyotaro qarlı havada onun açarlığını axtarmağa başlayır və Anna ilə yolu ilə kəsişir. Nəhayət açarlığı tapırlar və hava qarlı olduğu üçün Anna onu evinə dəvət edir. 
142 "Mən böyüyürəm"
"Boku va Otona no Narikake" (僕は大人のなりかけ) 
Taro KuboKotaro Samedzuki14 yanvar 2024 (2024-01-14)
Kyotaro Annanın evində vanna qəbul edir. Birlikdə yemək yedikdən sonra Kyotaro Annanın uşaqlıq şəkillərinə baxır. Anna özünü eqoist hesab edərək ağlamağa başlayır və Kyotaro onu qucaqlayır. Annanın anası evə gəlir və Kyotaro oğlan olduğu üçün gizlənir. Kyotaro Annanın anasına yaxalanmadan evdən çıxa bilir, amma binadan çıxanda Annanın atası onu Annanın köynəyində görür. Bir müddət sonra Kyotaro səsinin qalınlaşdığını hiss edir və narahat olur, lakin Anna həyəcanlanır. 
153 "Mən və Yamada"
"Boku va Yamada to" (僕は山田と) 
Kyun-sun PakTetsuşi Takayanaqi21 yanvar 2024 (2024-01-21)
Sinifdəki qızlar Sevgililər günü münasibətilə Annanın evində yığışıb şokolad hazırlamağa qərar verirlər. Anna Kyotaronu da dəvət edir, lakin Annanın anası Kyotaronun kim olduğunu soruşur. Moeko vəziyyəti başa düşüb onu sevgilisi kimi təqdim edir, bu isə Annanı qısqandırır. Kyotaro Annanın anasına əsl vəziyyəti etiraf edir, o isə Annanın ondan çox bəhs etdiyini bildirir. Qızlar şokolad hazırlamağa davam edərkən Annanın div boyda olan atası peyda olub hamını qorxudur, lakin bir müddət sonra onun dostpərvər olduğu üzə çıxır və Kyotaro ilə videooyun oynayır. 
164 "Yamada məni..."
"Yamada va boku o" (山田は僕を) 
Ryo OkuboHiroaki Sakuray28 yanvar 2024 (2024-01-28)
Sevgililər günündə qızlar oğlanlara şokolad verməyə başlayır. Kitabxanada Anna Kyotaro ilə "şokolad şoqisi" adlı qurma oyundan bəhanə kimi istifadə edərək ona şokolad verir. Onlar evə qayıdanda Kyotaro Annaya bir şokolad hədiyyə edir. Axşam Anna itini gəzintiyə çıxarır və Kyotaro ilə söhbət edir. Anna bir qədər utandıqdan sonra nəhayət Sevgililər günü münasibətilə hazırladığı xüsusi şokoladı Kyotaroya təqdim edir. Kyotaro şokoladı bəyənir və onu qucaqlayır. Növbəti gün sinifdə oğlanlar Ağ gün üçün hədiyyələri müzakirə etməyə başlayır. 
175 "Mən bilmək istəyirəm"
"Boku va Şiritay" (僕は知りたい) 
Toşiyuki SoneRyoyuki Şirahata4 fevral 2024 (2024-02-04)
Yamada Kyotaro ilə kinoya getmək istəyir və Kyotaro razılaşır. Onlar Kananın işlədiyi yerdə birlikdə takoyaki yeyirlər. Sonuncu takoyakini Yamada Kyotaroya özü yedizdirir. Daha sonra birlikdə kino izləyirlər. Bazar günü Kyotaro Yamadadanın fotoçəkilişlərinə qatılır. Kyotaro gərgin hiss etsə də, Yamada onu sakitləşdirir. Yamadanın meneceri Yamadanın onu çox sevdiyini bildirir. Evə qayıdanda Kyotaro Yamadaya çəkdiyi fotosunu göstərir. 
186 "Yamada məni sevir"
"Yamada va Boku qa Suki" (山田は僕が好き) 
Takahiro EnokitaRyuhey Aoyaqi11 fevral 2024 (2024-02-11)
Kyotaroya məzunlar üçün vida nitqi ilə çıxış etməsi təklif olunur. O, tərəddüd etsə də, təklifi qəbul edir. Məşq zamanı Kyotaro pis çıxış edir və səsi sakit çıxır. Lakin Yamada ona dəstək olmağa davam edir, hətta ona səs dərsləri verir. Çıxışdan öncə Kyotaro nitq yazısını evdə unutduğunu görür, lakin Yamadanın motivasiyası ilə cəsarətini toplayır və yaxşı çıxış edə bilir. Beləliklə, Kyotaro qorxusuna qalib gəlir. Kyotaro sakitləşmək üçün həkim otağına gedir. Burada Haruya Yamadaya sevgi etirafı edir, lakin Yamada başqasını sevdiyini bildirir. Kyotaro nəzərdə tutduğu şəxsin o olduğunu başa düşür. 
197 "Biz dolub daşırıq"
"Bokura va Afurederu" (僕らは溢れ出る) 
Daysuke Equçiİppry İçi18 fevral 2024 (2024-02-18)
Dərsdən sonra Yamada və dostları basketbol komandasının oğlanları ilə karaokeyə gedirlər. Vəziyyəti qısqanan Kyotaro onları təqib edir. İstəmədən də olsa, onlara qoşulsa da, başqa otağa keçir və Yamada onun dalınca gəlir. Onlar tək söhbət edirlər. Növbəti gün Hara və Kanzaki Yamada və Kyotaronu ikili görüşə dəvət edirlər. Əslində Hara Kyotaro ilə Ağ gün üçün hədiyyə müzakirəsi aparmaq istəyir. Bu vəziyyət Kanzaki və Yamadanın qısqanclığına səbəb olur. Onlar evə qayıdanda Kyotaro Ağ gün münasibətilə Yamadaya maffin verir. Yamada hədiyyənin içində qolbaq görür. Yamada ondan yaraşıb yaraşmadığını soruşur, Kyotaro müsbət cavab verib onun şirin göründüyünü deyir. 
208 "Biz gec yatdıq"
"Bokura va Yofukaşi Şita" (僕らは夜更かしした) 
Yoşiyuki ŞirahataHiroaki Yoşikava25 fevral 2024 (2024-02-25)
Adaçi Sekine aldığı üçün hədiyyəni vermək üçün Kyotaronun köməyini istəyir. Lakin Kyotaro səhvən onu Yamadanın şkafına qoyur. Yamada Kyotaro ilə basketbol oynayırdı. Udandan sonra Yamada onu "Kyo" kimi çağırmaq istədiyini bildirir. Yamada Kyotaronun ad günü olacağını öyrənir və atasının dəvəti ilə Kyotaronun ad günü şənliyinə qatılır. Yamada özünü Kyotaronun valideynlərinə tanıdır. Birlikdə mahnı oxuyub ad gününü təbrik edirlər. Kananın dəvəti ilə Yamada gecəni orada keçirir. Yamada və Kyotaro gecəni söhbət etməklə keçirirlər. 
219 "Biz söz verdik"
"Bokura va Yakusoku Şita" (僕らは約束した) 
Taro KuboTakayuki İnaqaki3 mart 2024 (2024-03-03)
Yamada Kyotaro üçün yaxşı ləqəb fikirləşməyə çalışır. Daha sonra Hiroşimadakı fotoçəkilişə yollanır. Kyotaro sosial şəbəkədə Yamadanın onun verdiyi hədiyyədən istifadə etdiyini görür və narahat olur. Çünki münasibətləri açıqlanmadığı üçün bu, Yamadanın karyerasına mənfi təsir edə bilər. O, xüsusilə bir fanatın Yamadaya çox sataşdığını görür. Kyotaro və Yamada videozənglə danışarkən qəflətən kimsə Yamadanı arxadan itələyir və telefon suya düşür. Kyotaro çox narahat olur, lakin Yamadanın atasının vasitəsilə öyrənir ki, Yamadanı itələyən anası imiş. Kyotaro Yamadanın atasına, Yamada isə öz anasına romantik hisləri barədə məlumat verirlər. Kyotaro sosial şəbəkədəki fanatın Yamadanın dostu Niko olduğunu öyrənir. 
2210 "Mən Yamadaya yaxınlaşmaq istəyirəm"
"Boku va Yamada ni Çikazukitay" (僕は山田に近づきたい) 
Kyun-sun PakHiroaki Sakuray10 mart 2024 (2024-03-10)
Kyotaro və Yamada üçüncü ildə də eyni sinifdə oxuyacaqları üçün sevirlər. Digər sinif yoldaşları da onlarla eyni sinifə düşür. Yamada Kyotaroya ad günü hədiyyəsi kimi pulqabı üçün brelok hədiyyə edir. Onlar öz aralarındakı yaxınlığı digərlərindən gizlətməyə çalışırlar. Kyotaro öz hislərini Yamadaya etiraf etmək istəsə də, onların söhbəti Yurine tərəfindən kəsilir. Kyotaro Yamadanın Yurine üçün yazdığı qeydi tapır. Yamada qeyddə yazır ki, o və Kyotaro hələki cütlük deyillər, çünki Kyotaro öz hislərini etiraf etməkdən utanır. 
2311 "Mən uduzmaq istəmirəm"
"Boku va Maketakunay" (僕は負けたくない) 
Minami HonmaRyuhey Aoyaqi17 mart 2024 (2024-03-17)
2412 "Mən ona demək istəyirəm"
"Boku va Tsutaetay" (僕は伝えたい) 
Hitomi EzoeKotaro Samedzuki24 mart 2024 (2024-03-24)
2513 "Mən və bizim sevgimiz"
"Boku to Vatashi no Koyqokoro" (僕と私の恋心) 
Daysuke Equçi
Yoşiyuki Şirahata
Akitaro Dayçi31 mart 2024 (2024-03-31)

Ev buraxılışı

redaktə

Animenin seriyaları Yaponiyada Blu-ray və CD cildləri şəklində buraxılmışdır. Hər cildə müəllif Norio Sakuray tərəfindən çəkilmiş xüsusi buklet daxildir.

Avex Pictures (Yaponiya – Region 2/A)
Cild Seriyalar Üzlük sənəti Buraxılış tarixi İst.
I mövsüm
I 1–4 Kyotaro cinayət ensiklopediyası oxuyur, Yamada şəkər yeyir 30 iyun 2023 [6]
II 5–8 Kyotaro və Anna yağışlı gündə çətir bölüşürlər 28 iyul 2023 [7]
III 9–12 Kyotaro və Anna Yeni il ərəfəsində gəzirlər 25 avqust 2023 [8]
II mövsüm
IV 13–16 Anna hazırladığı şokoladı Kyotaroya yedizdirir 27 mart 2024 [9]
V 17–20 Kyotaro və Anna basketbol oynayırlar 24 aprel 2024 [10]
VI 21–25 Kyotaro və Anna birlikdədirlər 29 may 2024 [11]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "The Dangers in My Heart Season 2 Announces Theme Song Artists". Anime News Network (ingiliscə). 13 noyabr 2023. İstifadə tarixi: 25 fevral 2025.
  2. ↑ "The Dangers in My Heart Anime's Teaser Reveals More Staff, Theme Songs, April 1 Debut". Anime News Network (ingiliscə). 27 fevral 2023. İstifadə tarixi: 25 fevral 2025.
  3. ↑ "The Dangers in My Heart Spinoff Manga Twi-Yaba Also Gets Anime". Anime News Network (ingiliscə). 18 oktyabr 2023. İstifadə tarixi: 25 fevral 2025.
  4. ↑ "Re:Zero, The Dangers in My Heart Cross Over in Short YouTube Anime". Anime News Network (ingiliscə). 4 may 2024. İstifadə tarixi: 26 fevral 2025.
  5. ↑ "The Dangers in My Heart TV Anime Gets Compilation Film With Some New Footage". Anime News Network (ingiliscə). 29 sentyabr 2024. İstifadə tarixi: 25 fevral 2025.
  6. ↑ "僕の心のヤバイやつ Blu-ray 第1巻". bokuyaba-anime.com (yaponca). İstifadə tarixi: 6 aprel 2025.
  7. ↑ "僕の心のヤバイやつ Blu-ray 第2巻". bokuyaba-anime.com (yaponca). İstifadə tarixi: 6 aprel 2025.
  8. ↑ "僕の心のヤバイやつ Blu-ray 第3巻". bokuyaba-anime.com (yaponca). İstifadə tarixi: 6 aprel 2025.
  9. ↑ "僕の心のヤバイやつ Blu-ray 第4巻". bokuyaba-anime.com (yaponca). İstifadə tarixi: 6 aprel 2025.
  10. ↑ "僕の心のヤバイやつ Blu-ray 第5巻". bokuyaba-anime.com (yaponca). İstifadə tarixi: 6 aprel 2025.
  11. ↑ "僕の心のヤバイやつ Blu-ray 第6巻". bokuyaba-anime.com (yaponca). İstifadə tarixi: 6 aprel 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=The_Dangers_in_My_Heart_seriyalarının_siyahısı&oldid=8124349"
LOVE.AZ