. Love.az

Thuja Plicata - Wikipedia - Love.az

Ana Səhifə - Thuja Plicata

Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü.

Nəhəng tuya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Sərvlər
Fəsilə:
Sərvkimilər
Yarımfəsilə:
Sərvkimilər
Cins:
Tuya
Növ:
Nəhəng tuya
Beynəlxalq elmi adı
  • Thuja plicata D.Don, 1824
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18044
NCBI  3316
EOL  1034889

Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir. Azərbaycan da qışı yaxşı keçirir; küləyə, kölgəyədavamlı, quraqlığa həssasdır. Torpağa az tələbkardır, lakin kifayət qədər rütubətli torpaqlarda daha yaxşı bitir. Toxumla asan, qələmlə çətin çoxalır. Azərbaycada Gəncədə, Naxçıvanda, Astarada, Abşeronda yaşıllaşdırılmada rast gəlinir. 500 ilə qədər yaşayır. Mədəni şəraitdə 1853-cü ildən becərilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəhəng_tuya&oldid=6916709"
LOVE.AZ