. Love.az

Tirana Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Tirana Universiteti

Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti.

Tirana Universiteti
Universiteti i Tiranës
Loqonun şəkli
Xəritə
41°19′04″ şm. e. 19°49′19″ ş. u.HGYO
Əsası qoyulub 16 sentyabr 1957
Tip ictimai
Rektor Prof. Dr. Dori Kule (2008-ci ildən)[1]
Tələbə sayı 114.000
Müəllim sayı 900
Şəhər Tirana
Ölkə
  •  Albaniya
Sayt unitir.edu.al
unitir.edu.al/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Haqqında
  • 3 Fakültələr
  • 4 Rektorlar
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır.

Haqqında

redaktə

Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir.[2] Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var.

Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.

Universitetdə 114.000-dən çox tələbə təhsil alır.

Gələcəkdə Tirananın cənub-şərqində yeni korpusun açılması planlaşdırılır.[3] Tirananın cənub-şərqində tələbə şəhərciyi yerləşir.

Tirana Universiteti kolleci 35.000 şagirdi ilə Avropada ən böyük kolleclərdən biri, Balkan yarımadasında isə ən böyük kollecdir.

Fakültələr

redaktə
  • Tibb:
    • Tibb
    • Odontologiya
    • Əczacılıq
  • Sosial elmlər:
    • Fəlsəfə-Sosiologiya
    • Psixologiya
    • Sosial müdafiə
  • Təbiət elmləri:
    • Riyaziyyat
    • Fizika
    • Kimya
    • Biologiya
    • İnformatika
    • Farmakologiya
  • Tarix-Filologiya:
    • Tarix
    • Coğrafiya
    • Albaniya linqvistikası
    • Alban ədəbiyyatı
    • Jurnalistika
  • Hüquq
  • İqtisadi elmlər:
    • Biznes informatikası
    • Maliyyə
    • İqtisadiyyat
    • Marketinq-Turizm
  • Xarici dillər:
    • İngilis dili
    • Fransız dili
    • İspan dili
    • İtalyan dili
    • Alman dili
    • Türk dili
    • Rus dili
    • Balkan dilləri
    • Çin dili
  • Fiziki təhsil

Rektorlar

redaktə
  • Zica Kellici (1957-1961)
  • Kahreman Yilli (1961-1970)
  • Jorqyi Sota (1970-1972)
  • Aqim Mero (1972-1974)
  • Perikli Prifti (1974-1975)
  • Petrit Radoviçka (1975-1981)
  • Osman Kraya (1981-1988)
  • Nikolo Konomi (1988-1991)
  • Etem Likay (1991-1992)
  • Halil Sikya (1992-1993)
  • Raymond Şarko (1993-1995)
  • Nestor Tereska (1995-1997)
  • Mareqlen Spiro (1997-2003)
  • Şezay Pokaj (2003-2008)
  • Dori Kule (2008-h.h.)

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
  2. ↑ "Arxivlənmiş surət". 2011-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
  3. ↑ "Arxivlənmiş surət". 2013-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.

Xarici keçidlər

redaktə
  Vikianbarda Tirana Universiteti ilə əlaqəli mediafayllar var.
  • unitir.edu.al — rəsmi saytı  (alb.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tirana_Universiteti&oldid=7219815"
LOVE.AZ