. Love.az

Tiski - Wikipedia - Love.az

Ana Səhifə - Tiski

Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson).

Tiksi
saxa Тиксии
71°38′12″ şm. e. 128°52′04″ ş. u.HGYO
Ölkə  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1933
İlk məlumat 1933
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 4.557 nəfər (2015)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 41167
Poçt indeksi 678400
Nəqliyyat kodu 14
Xəritəni göstər/gizlə
Tiksi xəritədə
Tiksi
Tiksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiya
  • 2 Tarixi
  • 3 Nəqliyyat
  • 4 Şəhərin seçilmiş abidələri
  • 5 İqlimi
  • 6 İstinadlar
  • 7 Mənbə

Coğrafiya

redaktə
 

Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir.

Tarixi

redaktə

Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir.

1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir.

1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza).

Nəqliyyat

redaktə
Gəmiçilik

Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur. Rusiyanın uzaq şimal ərazisində əsas limanlarındandır.

Aviyasiya

Tiksidə federal əhəmiyyətli aeroport fəaliyyət göstərir ( 1 oktyabr 2012 ildən 16 aprel 2013 ilə qədər aeroport bağlanır[1]. 16 aprel 2013 ildə dövlət daxili reyslər bərpa ediləcək[2]).

Şəhərin seçilmiş abidələri

redaktə
  • Tipoqrafiya.
  • Muzey:
    • Arktikanın təsvir edilmiş incəsənət və mədəniyyəti,
    • Təbiət qoruğu «Ust-Lena».
  • Spasa Nerukotvor məbədi (2006 ildə inşa edilib.)[3]
 
Tundra lanşaftı. Tiksi.

İqlimi

redaktə

Şəhər qütb dairəsi daxilində yerləşir. İqlimi sərtdir. Şaxtanı isə dəniz müəyyən qədər yumşaldır. Yanvar ayının orta temperaturu −37.3°S, iyul və avqust aylarında isə +2.9°, +7.7° S təşkil edir. Artıq sentyabr ayında qış başlayır. Qışın sonu iyunun ikinci yarısına təsadüf edir. İlk boyu şaxta müşahidə edilir. Yayda bəzən tempertur qısa müddət ərzində -25°S olur.

 

Fevral 2013 ildə Tiksidə -49.5°S temperatur müşhidə edilmişdir. Burada 99 sm hündürlüyündə qar müşahidə edilir. Qütb gecələri 67 gün ( 19 noyabrdan 24 yanvar), qütb gündüzləri 86 gün (10 may).

İstinadlar

redaktə
  1. ↑ "Аэродром поселка Тикси на севере Якутии закрыт до конца года". 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  2. ↑ "Министерство обороны Российской Федерации открывает заполярный аэродром Тикси". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  3. ↑ "Храм Спаса Нерукотворного". 2011-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.

Mənbə

redaktə
  • Tiksinin qeyri-rəsmi saytı Arxivləşdirilib 2014-04-08 at the Wayback Machine
  • Tiksinin şəkilləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tiksi&oldid=8004049"
LOVE.AZ