. Love.az

Tobias Asser - Wikipedia - Love.az

Ana Səhifə - Tobias Asser

Tobias Asser (ing. Tobias Michael Carel Asser; 28 aprel 1838[2][3][…], Amsterdam – 29 iyul 1913[2][3][…] və ya 29 iyun 1913[4], Haaqa[5]) — yəhudi əsilli hollandiyalı vəkil və hüquqşünas. 1911-ci ildə Alfred German Fridlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Tobias Asserə Nobel sülh mükafatı 1899-cu ildə Haaqada keçirilən sülh konfransındakı arbitraj sahəsində gördüyü işlərə görə verilmişdir.

Tobias Asser
ing. Tobias Michael Carel Asser
Tobias Asser 1911-ci ildə.
Tobias Asser 1911-ci ildə.
Doğum tarixi 28 aprel 1838
Doğum yeri Amsterdam, Niderland
Vəfat tarixi 29 iyul 1913 (75 yaşında)
Vəfat yeri Haaqa, Niderland
İxtisası hüquqşünas
Təhsili Amsterdam Universiteti
Leyden Universiteti
Fəaliyyəti hüquqşünas, hakim, siyasətçi, vəkil, professor, diplomat, universitet müəllimi[d]
Üzvlüyü
  • Beynəlxalq Hüquq İnstitutu (1873–)[1],
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d]
Mükafatları Nobel mükafatı 1911 Nobel sülh mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Həyatı

redaktə

Tobias Asser Karl Daniyel Asserin oğlu və Karel Asselin nəvəsi olaraq Amsterdamda anadan olmuşdur. Amsterdam Universiteti və Leyden Universitetində hüquq təhsili almışdır. Tobias Asser daha sonra Amsterdam Universitetində hüquq üzrə professor olmuşdur.

Tobias Asser Con Vestleyk və Qustav Lorin-Jakkemin ilə birgə Beynəlxalq hüquq və Müqayisəli hüquq jurnalını (fr. Revue de Droit International et de Législation Comparée) təsis etmişdir. Bundan başqa, 1873-cü ildə Beynəlxalq Hüquq İnstitutunun qurucularından biri olmuşdur.[6]

1899 və 1907-ci illərdə keçirilən hər iki Haaqa Sülh Konfransında da Niderlandın nümayəndəsi olaraq təmsil olunmuşdur.[6] İlk konfransdakı Daimi Hakimlik Məhkəməsinin qurulmasındakı xidmətlərinə görə 1911-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. 1902-ci ildə ABŞ və Meksika hökumətləri arasındakı anlaşılmazlıqlarla bağlı keçirilən məhkəmədə iştirak etdi. Eyni zamanda Haaqa Beynəlxalq Hüquq Akademiyasının qurulmasında xidmətləri oldu. Buna baxmayaraq, sağlığında bu akademiyanın qurulmasını görə bilmədi.[6]

Ölümündən sonra Beynəlxalq fərdi və ictimai hüququ, Avropa hüququ və Beynəlxalq Ticarət Anlaşılmazlıqları haqqında tədqiqatlar aparan və Tobias Asserin xatirəsinə Tobias Maykl Asser İnstitutu olaraq adlandırılan tədqiqat institutu quruldu. Bu institut hələ də Haaqada fəaliyyət göstərir.

Həmçinin bax

redaktə
  • Alfred German Frid
  • Nobel sülh mükafatı

Xarici keçidlər

redaktə
  • Tobias Michael Carel Asser, biography in the Jewish Encyclopedia
  • Tobias Asser, biography at NobelPrize.org

İstinadlar

redaktə
  1. ↑ 1 2 https://www.idi-iil.org/en/histoire/fondateurs/.
  2. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 Tobias Michel Carel Asser. 2009.
  4. ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. ↑ Album Academicum. 2007.
  6. ↑ 1 2 3 "In Memoriam: T. M. C. Asser". American Journal of International Law (American Society of International Law) 8 (2): 343–44.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tobias_Asser&oldid=6824877"
LOVE.AZ