. Love.az

Tofiq Abasov - Wikipedia - Love.az

Ana Səhifə - Tofiq Abasov
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Tofiq Abbasov.

Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988).

Tofiq Abasov
Azərbaycan Basketbol Federasiyasının prezidenti
1976 – 1996
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1924(1924-01-11)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 21 fevral 2005(2005-02-21) (81 yaşında)

Təltifləri

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Mükafatlar
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.[1]

Karyerası

redaktə

1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur.

1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur.

Mükafatlar

redaktə

Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 10. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

redaktə
  • Tofiq Abbasovun xatirəsi yad edildi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine
  • Tofiq Abbasov yad ediləcək
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tofiq_Abasov_(əməkdar_məşqçi)&oldid=7403741"
LOVE.AZ