. Love.az

Tofiq Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Tofiq Abdullayev
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Tofiq Əlövsət oğlu Abdullayev (1 aprel 1948, Məlikçobanlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2012-ci ildən), siyasi xadim, filoloq.

Tofiq Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1948(1948-04-01) (77 yaş)
Doğum yeri
  • Məlikçobanlı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, diplomat

Haqqında

redaktə

1948-ci il aprel ayının 1-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur.

O, Azərbaycan Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. 

Tofiq Əlövsət oğlu Abdullayev Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində çalışır. 2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir.[1]

Xarici keçidlər

redaktə
  • T. Ə. Abdullayevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 5 sentyabr 2012-ci il № 2418

İstinadlar

redaktə
  1. ↑ ABDULLAYEV Tofiq Əlövsət oğlu — Şamaxı ensiklopediyası Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tofiq_Abdullayev&oldid=6910085"
LOVE.AZ