. Love.az

Token Ring - Wikipedia - Love.az

Ana Səhifə - Token Ring

Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir.

Token Ring lokal şəbəkəsi
Token Ring lokal şəbəkəsi
IBM 8228 MAU

Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur.

Mənbə

redaktə

"LOKAL ŞƏBƏKƏLƏR" (Mühazirə), İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu

Həmçinin bax

redaktə
  • İnformatika
  • Əməliyyat sistemi
  • Lokal şəbəkə
  • Qlobal şəbəkə
  • Kompüter şəbəkəsi
  • Kompüter proqramları

Xarici keçidlər

redaktə
  • R. M. Metcalfe and D. R. Boggs. Ethernet: Distributed Packet Switching for Local Computer Networks. // ACM Communications, 19(5):395--404, July 1976. Arxivləşdirilib 2004-12-11 at the Wayback Machine
  • Standarts IEEE 802.3 2002 Arxivləşdirilib 2005-05-13 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Token_Ring&oldid=7612174"
LOVE.AZ