Tomas Sercent (ing. Thomas John Sargent; 19 iyul 1943[2][3][…], Pasadena, Kaliforniya[4][5]) — amerikalı iqtisadçı. 2011-ci ildə Xristofor Simslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6]
Tomas Sercent | |
---|---|
ing. Thomas John Sargent | |
![]() | |
Doğum tarixi | (81 yaş) |
Doğum yeri |
Pasadena, Kaliforniya ![]() |
Vətəndaşlığı |
![]() |
Elm sahələri |
Yeni Neoklassik məktəb Makroiqtisadiyyat Monetarizm Zaman sıraları ekonometrikası |
Elmi dərəcəsi | |
İş yerləri |
Pensilvaniya Universiteti (1970-1971) Minnesota Universiteti (1971-1987) Çikaqo Universiteti (1991-1998) Stanford Universiteti (1998-2002) Prinston Universiteti (2009) Nyu York Universiteti |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
homepages.nyu.edu/~ts43 profiles.stanford.edu/th… |
|
![]() |
Tomas Sercent 1943-cü ildə Kaliforniyada doğulmuşdur və təhsilini də bu ştatda, Kaliforniya Universitetində almışdır. 1964-cü ildə universitetdəki uğurlu nəticələrindən dolayı universitetin Şərəf medalına layiq görülmüşdür. Aspirantura təhsilini 1968-ci ildə Harvard Universitetində almışdır.
1967-ci ildə Karnegi Texnologiya İnstitutunda (ing. Carnegie Institute of Technology) araşdırmaçı olaraq çalışmağa başlamışdır. Daha sonra 1970–1971-ci illərdə Pensilvaniya Universitetində, 1971–1987-ci illərdə Minnesota Universitetində, 1991–1996-cı illərdə Çikaqo Universitetində, 1991–1998-ci illərdə Stanford Universitetində çalışmışdır. 2002-ci ildən bu yana Nyu York Universitetində professor olaraq çalışmağa davam edir.
Tomas Sercent 1976-cı ildən bəri Ekonometrika Cəmiyyətinin akademik üzvüdür. O, 1983-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasına akademik üzv seçilmişdir.
Tomas Sercent amerikan sağçı iqtisadçılarının qurmuş olduğu Çikaqo İqtisad məktəbinin baş nəzəriyyəçilərindən biridir. Bu məktəb mənsubları və bu cür yanaşmanı qəbul edənlər Şüurlu gözləyişlər və təsirli bazarlar adlı nəzəriyyələri ortaya atmışlar və öz nəzəriyyələrinin iqtisadiyyatda inqilab etdiyini iddia edirlər. Bu nəzəriyyəyə inanlar dövlətin iqtisadi siyasətini idarə edənlərin gözlənilən siyasət dəyişiklikləri ilə iqtisadiyyatı və xüsusi sektoru sistematik şəkildə idarə edə bilməyəcəyini iddia etməkdədirlər və dövlətin iqtisadi siyasətinin neytral olmasının gərəkli olduğuna inanırlar.