. Love.az

Tomoo Odaka - Wikipedia - Love.az

Ana Səhifə - Tomoo Odaka

Tomoo Odaka (尾高 朝雄, Odaka Tomoo?, 28 yanvar 1899, Seul – 15 may 1956, Tokio[d]) – Yaponiya hüquqşünas alimi. Hüquq fəlsəfəsi ilə məşğul olmuşdur.

Tomoo Odaka
Doğum tarixi 28 yanvar 1899(1899-01-28)
Doğum yeri
  • Seul, Koreya İmperiyası
Vəfat tarixi 15 may 1956(1956-05-15) (57 yaşında)
Vəfat yeri
  • Tokio[d], Tokio, Yaponiya
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti hüquqşünas, professor
Üzvlüyü
  • Yaponiya Elmlər Akademiyası

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

1899-cu ildə Koreyanın Seul şəhərində doğulmuşdur. 1923-cü ildə Tokio Universitetindən məzun olduqdan sonra Kioto Universitetinin fəlsəfə dekanlığına daxil olmuş, Kitaro Nişidanın tələbəsi olmuşdur. 1928–1932-ci illərdə Almaniya və Avstriyada Hanz Kelsen və Edmund Husserlin rəhbərliyi altında təhsil almışdır. 1928-ci ildə Keyco Universitetinin köməkçi professoru təyin olunmuşdur. 1944-cü ildən sonra Tokio Universitetində fəlsəfə dərsləri vermişdir.[1]

Fəaliyyəti

redaktə

Odakanın nəzəriyyələri neokantçılıq və fenomenologiya elementlərini özündə birləşdirir. İkinci Dünya müharibəsindən sonra yeni Yaponiya konstitusiyasından qəbul olunmasından sonra kokutayın tamamilə dəyişib-dəyişmədiyi haqqında Toşiyoşi Miyazava ilə debata daxil olmuşdur. Odakaya iddia etmişdir ki, kokutay hakimiyyət yox, antik yunanların nomos adlandırdıqları hökmran qanun və ya ənənədən yaranan prinsip idi və imperatorun simvolik statusa endirilməsi belə kokutayı dəyişdirməmişdir.[1]

Odaka antikommunist liberal kimi tanınmışdır. 1950-ci ildə Yaponiyanı UNESCO-nun ümumi görüşündə təmsil etmişdir. Yaponiya Elmlər Akademiyasının üzvü olmuşdur.[2] Odakanın əsərlərinə "Kokka kozo ron" (azərb. Dövlətin quruluşu‎; 1936), "Ho no kyukyoku ni aru mono" (azərb. Qanunun əsas prinsipi‎; 1947), "Hotetsuqaku qayron" (azərb. Hüquq fəlsəfəsinin xülasəsi‎; 1953) daxildir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Kodansha Encyclopedia of Japan. səh. 61
  2. ↑ The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1110

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 61. ISBN 0-87011-626-6. İstifadə tarixi: 29 iyun 2024.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1110. İstifadə tarixi: 29 iyun 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tomoo_Odaka&oldid=7682497"
LOVE.AZ