Tomris Uyar (15 mart 1941, İstanbul – 4 iyul 2003, İstanbul) — türk yazıçı və tərcüməçi.
Tomris Uyar | |
---|---|
Tomris Gedik | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Zəncirliquyu qəbiristanlığı |
Milliyyəti | türk |
Həyat yoldaşı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Əsərlərinin dili | türk |
Mükafatları |
Tomris Uyar 15 mart 1941-ci ildə[1] İstanbulda iki vəkilin qızı və Cümhuriyyət Xalq Partiyasının siyasətçisi Süleyman Sırrı Gedikin nəvəsi olaraq dünyaya gəlmişdir.[2] İngilis Qızlar Orta Məktəbi və Arnavutköy Amerika Qızlar Kollecində təhsil almışdır (1961). 1963-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə bağlı Jurnalistika İnstitutunu bitirib.
Camal Sürəya və Ülkü Tamerlə birlikdə "Papirus" jurnalının yaradıcılarından olan Uyar "Yeni Dergi", "Soyut", "Varlıq" kimi jurnallarda esse, tənqid və kitab təqdimatlarını dərc edib. 60-dan çox dildə tərcüməsi çap olunan Uyarın gündəlikləri "Gündökümü" ümumi adı ilə nəşr olunmuşdur.[3] Virciniya Vulf, Edqar Allan Po, Xorxe Luis Borxes, Luis Kerroll, Antuan de Sent-Ekzüperi və Qabriel Qarsiya Markes kimi müəlliflərin əsərlərini türk dilinə tərcümə etmiş, qısa hekayələri 11 cilddən ibarət kitabda nəşr olunmuşdur.[4]
2003-cü ildə qida borusu xərçəngindən vəfat edən yazıçının məzarı Zəncirliquyu qəbiristanlığında yerləşir.
1975-ci ildə həyat yoldaşı Turqut Uyarla birlikdə Lukresinin təbii ensiklopediya "De rerum natura" (Evrenin yapısı, İstanbul 1974) tərcüməsinə görə Türk Dil Qurumunun mükafatını qazanmışdır. 1980 və 1987-ci illərdə Sait Faiq Hekayə Ərmağanına layiq görülən iki türk yazıçıdan biri olub. 1987-ci ildə Teatr İncəsənətinin İnkişafı Fondunun illik mükafatını aktyor Avni Dilligilin xatirəsinə, 2002-ci ildə isə ilin ən yaxşı povestinə görə "Dünya" mükafatına layiq görülüb. Elə həmin il Sedat Simavi Ədəbiyyat Mükafatına layiq görülmüşdür.
1963-cü ildə şair Ülkü Tamerlə ailə quran Tomris Uyarın evliliyi 1964-cü ildə qızları Ekinin süddən boğulmasından sonra sona çatır. Tomris Uyar 1969-cu ildə şair Turqut Uyarla ailə qurmuş və onların Hayri Turqut Uyar adlı oğlu dünyaya gəlmişdir. Hayri Turqut Uyar hazırda ITU-da müəllimdir.
Evli olduğu müddətdə Camal Sürəya ilə münasibətdə olan Tomris Uyara Edip Cansevər də aşiq idi.[5]