Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri).[2] Hal-hazırda Geğarkunik mərzində kənd.
Toxluca | |
---|---|
![]() | |
40°34′08″ şm. e. 45°13′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.981 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1311 |
Xəritəni göstər/gizlə
| |
![]() |
Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur.
Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir[3]. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toxluca kəndi rayon mərkəzindən 24 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
1831-ci ildə burada 296 nəfər, 1873-cü ildə 466 nəfər, 1886-cı ildə 681 nəfər, 1897-ci ildə 935 nəfər, 1914-cü ildə 1373 nəfər, 1916-cı ildə 1330 nəfər, 1919-cu ildə 1199 nəfər azərbaycanlı yaşamışdır[6]. 1919-cu ilin mart ayının ortalarında ermənilər tərəfindən azərbaycanlılar vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin keçmiş sakinləri öz doğma evlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 1176 nəfər, 1926-cı ildə 1403 nəfər, 1931-ci ildə 1723 nəfər[7], 1970-ci ildə 2415 nəfər, 1979-cu ildə 2632 nəfər, 1987-ci ildə 2985 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri bir daha ermənilərin təcavüzünə məraz qalmış və Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|