Toxta xan (salnamələrdə Tokta, Tuktay, təx. 1270—1312/13) — 1291-1312-ci illərdə Qızıl Orda xanı, Məngü Timurla Olcay xatunun oğlu. [1]
Toxta xan | |
---|---|
Тохтахаан | |
![]() | |
Qızıl Ordanın VIII xanı | |
1291 – 1312 | |
Əvvəlki | Tula-Buqa |
Sonrakı | Özbək xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Fəaliyyəti | xan |
Atası | Məngü Timur |
Anası | Olcay xatun |
Həyat yoldaşı | Beklemiş xatun |
Uşağı | 3 oğlan |
Dini | Tenqriçilik |
![]() |
Noqay xanın köməyi ilə taxta gəlmişdi. Tezliklə Toxta və Noqay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. O, 1296-1297-ci illərdə Noqay xana qarşı ilk döyüşdə məğlub oldu.[2] Toxta Qazan xandan yardım istəsə də xan bu işə qarışmadı. Sonrakı döyüşdə xan Noqayı məğlub edərək öldürdü. Onun oğlu Çaka xan isə Bolqarıstana qaçaraq özünü çar elan etdi. Noqay xanın torpaqları Toxtanın qardaşı Saraybuğa və oğullarına paylandı. Onun hakimiyyəti dövründə poçt sistemi və ticarət yenidən genişlənməyə başladı. O Qızıl Ordanın son müsəlman olmayan xanı idi. Toxta 1304-cü ildə Yuan sülaləsinin imperatoru Teymurun Monqol imperiyasının nominal birliyini bərpa etmək təşəbbüsünü dəstəklədi və qısa müddətə də olsa həm imperator, həm də Hülakilərlə ittifaq bağladı. [3]
Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Rus arxivlərində bu hadisə "Batı geri döndü" kimi xatırlanır.
1301-ci ildə Ağ Orda hökmdarı Bayan xan Toxtanın yanına qaçdı. Ağ Ordada baş verən qiyamın təşkilatçılarını dəstəkləyən Toxta xan Duva xan və Kaydunun oğlu Çaparı məğlub edərək Bayan xanın hakimiyyətini bərpa etdi. 1304-cü ildə Toxta xan Cığatay xanlığından gələn təklifi qəbul edərək Teymur xanın hakimiyyətini qəbul etdi.
1312-ci ildə vəfat etdi.[4]
Oğlanları: El-Basar (o sonradan hakimiyyət uğrunda mübarizənini baş verməməsi üçün bütün qohumlarını öldürmüşdü) [5] və İlbasmış[6], qızıː Mariya.