. Love.az

Transilvaniya Hoteli Film - Wikipedia - Love.az

Ana Səhifə - Transilvaniya Hoteli Film

Transilvaniya oteli — 2012-ci ildə Sony Pictures Animation tərəfindən istehsal olunan, fentezi və komediya janrında 3D kompüter animasiyasıdır. Filmin rejissoru Cenndi Tartakovski, prodüseri isə Mişel Murdokkadır. Cenndi Tartakovski Samuray Cek, Deksterin Labaratoriyası vı Sym-Bionic Titan cizgi filmləri ilə tanınır. Filmi səsləndirənlər Adam Sendler, Endi Semberq, Selena Gomez, Kevin Ceyms, Fren Dreşer, Stiv Buşemi, Molli Şennon, Devid Speyd və SiLo Qrindir.

Transilvaniya oteli
ing. Hotel Transylvania
Janr bədheybətlər haqqında filmlər
Rejissor Cenndi Tartakovski
Prodüser Mişel Murdokka
Ssenari müəllifləri Piter Beynhem
Robert Smiqel
Rolları səsləndirənlər Adam Sendler
Endi Semberq
Selena Qomez
Kevin Ceyms
Fren Drensşer
Stiv Buşemi
Molli Şennon
Devid Speyd
SiLo Qrin
Bəstəkar Mark Mazersbo
Ölkə ABŞ ABŞ
Studiya Sony Pictures Animation
Distribüsiya Columbia Pictures
Davametmə müddəti 92 dəqiqə
İl 2012
İlk baxış 28 sentyabr 2012
Dil ingilis dili
Büdcə $85 milyon
Gəlir $358.4 milyon
Sonrakı Transilvaniya oteli 2
IMDb ID0837562
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Məzmun
  • 2 Haqqında
  • 3 Səsləndirənlər
  • 4 Xarici keçidlər

Məzmun

redaktə

Hekayəni izah edən Kont Drakuladır. Otel sahibi olan Drakula qızının 118-ci ad gününü keçirmək üçün ən məşhur bədheybətləri dəvət edir. Ancaq gözlənmədiyi bir şəkildə, Conatan adlı adi 21 yaşında insan səyyah oteli ziyarət edir. Drakula otelin qonaqlarını təhlükəyə atmamaq üçün qalada insan olduğunu heç kimin bilməməsini təmin edib, Meyvisin Conatan adındakı insana aşiq olmasını əngəlləyib, otelin gələcəyini qurtarmalıdır.

Haqqında

redaktə

Film 28 sentyabr 2012-ci ildə Columbia Pictures tərəfindən təqdim edilmişdir. Ümumi olaraq xalq müsbət ikən, tənqidçilər tərəfindən qarışıq kritik qəbul edildi. Tənqidlərə baxmayaraq, Transilvaniya oteli 85 milyon büdcə ilə edilib, 358 milyon qazanc əldə etmişdir. Həftə sonu ən yüksək gəlir əldə edən film olmuşdur. Film Ən Yaxşı Animasiya Filminə görə Qızıl Qlobusa namizəd göstərildi.

Səsləndirənlər

redaktə
  • Adam Sendler — Qraf Drakula
  • Endi Semberq — Conatan (Coonnişteyn)
  • Selena Qomez — Meyvis
  • Kevin Ceyms — Frenk/Frenkenşteyn
  • Fren Dreşer — Enays
  • Stiv Buşemi — Ueyn
  • Molli Şennon — Vanda
  • Devid Speyd — Görünməz adam Qriffin
  • SiLo Qrin — Mumiya Mürrey

Xarici keçidlər

redaktə
  Vikianbarda Transilvaniya hoteli ilə əlaqəli mediafayllar var.
  • welcometohotelt.com — rəsmi saytı
  • Transilvaniya hoteli — Internet Movie Database saytında
  • Transilvaniya hoteli (film) Rotten Tomatoes saytında  (ing.)
  • Transilvaniya hoteli Box Office Mojo-da
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Transilvaniya_hoteli_(film)&oldid=8001386"
LOVE.AZ